Nazir Azərbaycan-Ermənistan normallaşma prosesində bir sıra əlavə irəliləyişlər gözlənildiyini deyib
Azərbaycan Ermənistanla nəqliyyat-kommunikasiya əlaqələrinin açılması istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirir.
APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis ilə birgə mətbuat konfransında deyib.
Nazir deyib ki, Azərbaycan-Ermənistan normallaşma prosesində bir sıra əlavə irəliləyişlər gözlənilir
Ceyhun Bayramov bildirib ki, Ermənistan-Azərbaycan normallaşma prosesi çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində işlər davam edir.
"Gözləntimiz ondan ibarətdir ki, hazırlıq mərhələsi başa çatdıqdan sonra Ermənistanda artıq tikinti işlərinə başlanılsın. Azərbaycan öz üzərinə düşən işləri böyük ölçüdə yerinə yetirib", – deyə Ceyhun Bayramov bildirib.