Laçın şəhərində
“LAÇIN” yazısının tikintisi üçün dövlət büdcəsindən 489 667 manat xərclənməsi planlaşdırılır.
Avq 16, 2026 14:48 Asia/Baku
Sadə hesablama ilə bu, hər hərfə təxminən 98 min manat deməkdir
Laçın şəhərində “LAÇIN” yazısının tikintisi üçün dövlət büdcəsindən 489 667 manat xərclənməsi planlaşdırılır.
Sadə hesablama ilə bu, hər hərfə təxminən 98 min manat deməkdir.
Tender sənədlərində işlər “konstruksiyaların polad quraşdırılması” kimi göstərilir və torpağın qazılması, qruntun daşınması, texnikadan istifadə kimi tikinti işlərini də əhatə edir.
Eyni zamanda, İkinci Qarabağ müharibəsi iştirakçılarına verilən aylıq Prezident təqaüdü 80 manatdır.
2026-cı ildə bu təqaüdü 182 961 veteran alır.