Dek 08, 2023 11:33 Asia/Baku
  • Şarl Mişeldən əsirlərin azad edilməsinə reaksiya

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayıb.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayıb.

Aran Radiosu Musavat.com-a istinadla xəbər verir ki, Şarl Mişel, bu addımın mühüm irəliləyiş olduğunu bildirib.

Mən məhbusların azad edilməsini, xüsusilə siyasi dialoqun görünməmiş şəkildə irəliləyişini alqışlayıram. Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Brüsseldə Aİ-nin himayəsi altında keçirilən prosesin əsas məqsədi olub: bugünkü irəliləyiş mühüm addımdır.

Mən indi liderləri Azərbaycan və Ermənistan arasında sülh sazişini mümkün qədər tez başa çatdırmağa çağırıram”, - Şarl Mişel qeyd edib.

Qeyd edək ki, ötən gün (Cümə axşamı) Ermənistan və Azərbaycan Respublikası iki ölkə arasında münasibətlərin normallaşdırılması və hərbi əsirlərin mübadiləsi barədə razılığa gəldiklərini bildiriblər.

Əlavə edək ki, Ermənistan Baş naziri  bu barədə X sosialşəbəkəsində yazıb.  

Azərbaycan humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlılıq jesti olaraq 32 erməni əsgərini azad edir.

Öz növbəsində, humanizm dəyərlərinə əsaslanan və xoşməramlı jest kimi Ermənistan iki azərbaycanlı hərbçini azad edir”, - Paşinyan qeyd edib.