“İranın addımları ABŞ Xəzinədarlığının böhranını daha da dərinləşdirir”
https://parstoday.ir/azeri/news/iran-i14526-İranın_addımları_abŞ_xəzinədarlığının_böhranını_daha_da_dərinləşdirir
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ maliyyə naziri Skott Bessentin İrana qarşı son açıqlamalarına cavab olaraq bildirib ki, İranın Hörmüz boğazı və enerji qiymətləri üzərində təsiri, eləcə də ABŞ istiqraz bazarındakı təzyiqlər Vaşinqtonun iqtisadi problemlərini daha da ağırlaşdıra bilər.
(last modified 2026-10-01T15:17:53+00:00 )
Okt 01, 2026 19:14 Asia/Baku
  •   “İranın addımları ABŞ Xəzinədarlığının böhranını daha da dərinləşdirir”

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ maliyyə naziri Skott Bessentin İrana qarşı son açıqlamalarına cavab olaraq bildirib ki, İranın Hörmüz boğazı və enerji qiymətləri üzərində təsiri, eləcə də ABŞ istiqraz bazarındakı təzyiqlər Vaşinqtonun iqtisadi problemlərini daha da ağırlaşdıra bilər.

 

ABŞ Maliyyə Naziri Skott Bessentin İran iqtisadiyyatının növbəti iki həftə ərzində çökəcəyini iddia etdiyi son ritorikasına cavab olaraq, İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf İranın ABŞ iqtisadiyyatına təzyiq göstərmək üçün təsirləri barədə izahatlar verib.

 

Çərşənbə axşamı İRNA -nın məlumatına görə, Qalibaf X sosial şəbəkəsindəki şəxsi hesabında Bessentin kövrək vəziyyətini təsvir edərək yazıb ki, ABŞ hökuməti keçmişdə sıfıra yaxın faiz dərəcələri ilə bir çox kredit götürüb, indi isə bu kreditlərin geri ödəmə tarixi gəlib və hökumət onları ödəmək üçün yenidən daha yüksək faiz dərəcələri ilə yeni kreditlər götürməyə məcburdur. Digər tərəfdən, istiqraz alıcılarının gücü və potensialı daim azalır.

​

Məsələn, ABŞ istiqrazlarının iri alıcıları (məsələn, Çin və Yaponiya) yeni istiqrazlar almağa və ya köhnə istiqrazları saxlamağa daha az maraq göstərirlər və bu səbəbdən istiqraz gəlirləri artır. Qalibaf Bessentə xatırlatdı ki, İranın Hörmüz boğazını bağlı saxlamaqda və enerji qiymətlərini yüksək saxlamaqda, eləcə də istiqraz gəlirlərinə təsir etməkdə rolu ABŞ Xəzinədarlığı üçün artan böhrana səbəb olub və bütün problemlərini daha da ağırlaşdırıb; başqa sözlə, amerikalılar bu məsələlər İran xalqının hüquqlarına hörmətlə həll olunana qədər bu iqtisadi problemlərin öhdəsindən gələ bilməyəcəklər.

​

Dünən 30 illik ABŞ Xəzinədarlıq istiqrazının faiz dərəcəsi 2002-ci ildən bəri ən yüksək həddə çatıb və mövcud tendensiya ilə 1990-cı illərin və əvvəlki illərin faiz dərəcələrinə qayıtmaq ehtimalı var. Qalibaf həmçinin dünən təyin olunmuş Bessentin yeni müşaviri David Zervosun şəklini də öz mesajında istifadə edib.

​

O, qəribə açıqlamalar verməsi ilə tanınır. Məsələn, o, illər əvvəl Federal Ehtiyat Sistemi faiz dərəcələrini aşağı salana qədər saçını və üzünü qırxmaqdan çəkinəcəyini iddia etmişdi!

​

Zervosun Bessentin müşaviri təyin edilməsi maliyyə bazarı fəalları tərəfindən satira və istehza mövzusu olub