Mart 25, 2024 08:16 Asia/Baku
  • Azərbaycan Ukraynaya hərbi yardım göstərir?

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi: Azərbaycanın Ukraynaya hərbi yardım göstərməsinə dair xəbərlər feykdir.

Azərbaycanın Ukraynaya hərbi təyinatlı məmulatların göndərməsinə dari xəbərlər feyk və dezinformasiyadır.

Azərbaycan KİV-ə istinadla , bunu Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) bildirib.

"Erməni teleqram kanallarında guya “Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi”nə dair məlumatların yayılmasına cəhdlər olunur. Bununla bağlı kütləvi informasiya vasitələrinin sorğusuna cavab olaraq bildirik ki, bu kimi məlumatlar təmamilə feyk və dezinformasiya xarakteri daşıyır. Erməni teleqram kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir. Bir daha bildiririk ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməmişdir", - Azərbaycan Müdafiə Sənayesi Nazirliyi diqqətə çatdırıb.

Qeyd etmək lazımdır ki, KIV-də dərc olunan xəbərlərə istinadla Azərbaycandan Ukraynaya çoxlu sayda hərbi və humanitar yardım paketləri göndərilib.

2023-cü ilin Noyabr ayında Kiyevin Bakıdakı səfiri Azərbaycan Respublikasından Ukraynaya pilotsuz minaaxtaran maşının göndərilməsini elan etmişdi.