Mart 26, 2024 18:37 Asia/Baku
  • Qafqazdan kənar qüvvələrin iştirakı məhdudlaşdırılmalıdır

Qafqazdan kənar qüvvələr regiona sabitlik gətirməyəcək, ona görə də onların iştirakı məhdudlaşdırılmalıdır. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

Rəsmi Moskva ilə İrəvan arasında münasibətlərdəki çətinlikləri şərh edən Peskov deyib ki, son aylar İrəvan Aİ-ni Qafqaz regionunun problemlərində iştiraka fəal şəkildə cəlb edir. Xüsusilə də Ermənistan Bakının istəyinin əksinə olaraq Azərbaycanla sərhəddə Avropa müşahidə missiyasına icazə verib.

"Təəssüf ki, Qafqaz müxtəlif qeyri-regional qüvvələrin diqqətini cəlb edir. Biz əminik ki, bu qüvvələrin iştirakı çox məhdud olmalıdır, çünki o sabitlik və rifah gətirə bilmir", - Peskov vurğulayıb.

İranla birbaşa həmsərhəd olan Cənubi Qafqazda regiondan kənar qüvvələrin nüfuzu daima İranın da diqqət mərkəzindədir

İran İslam Respublikası Prezidenti Seyid İbrahim Rəisi martın 7-də Tehranda Ermənistanın müdafiə nazirini qəbulu zamanı regionun təhlükəsizliyinin məhz region ölkələri tərəfindən təmin olunmalı olduğunu vurğulamışdı:

“Əcnəbilərə meydan vermək təhlükəsizlik gətirməyəcək, sadəcə region ölkələrinin əməkdaşlığı təhlükəsizlik və sakitliyə təzminat verəcək”,- İran prezidenti demişdir.

 

Teqlər