Azərbaycanda inanclı insanlara qarşı növbəti ayrı-seçkilik
(last modified Thu, 29 Aug 2024 12:46:10 GMT )
Avq 29, 2024 16:46 Asia/Baku
  • Azərbaycanda inanclı insanlara qarşı növbəti ayrı-seçkilik

Hicablı müəllimlər müsahibədən kənarlaşdırılıb

  SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasında müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən bir çox hicablı müəllimlərin müsahibə mərhələsindən kənarlaşdırılması müşahidə olunub.

  Bu barədə hicablı müəllimlər "İnsan Resursları Mərkəzi" səhifəsinin sosial hesablarındakı rəylərdə qeyd ediblər. Rəylərə əsasən müsahibədə bütün suallara düzgün cavab verib, müsahibəsini yüksək səviyyədə yekunlaşdıran hicablı müəllimlərin 90 faizdən çoxu guya dini ayrı-seçkiliyə görə müəllim adını qazana bilməyiblər.

  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında bunu əsasız adlandırsa da, müşahidə olunan rəylər bunun əksini göstərir.