Azərbaycan növbəti xristian abidəsini bərpa edəcək
(last modified Thu, 12 Sep 2024 14:57:12 GMT )
Sen 12, 2024 18:57 Asia/Baku
  • Azərbaycan növbəti xristian abidəsini bərpa edəcək

Azərbaycan növbəti dəfə Avropadakı xristian abidələrin bərpası və mühafizəsi xərclərini maliyyələşdirir. Bu barədə Vatikanla Heydər Əliyev Fondu arasında müqavilə imzalanıb.

Vatikan və Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair müqaviləni sentyabrın 11-də Azərbaycan prezidentinin köməkçisi və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və kardinal Fernando Verqes Alsaqa  imzalayıblar.

Müqəddəs Pavel Bazilikası Vatikanın ən böyük abidələrindəndir və 1980-ci ildən YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxildir.

Heydər Əliyev Fondu keçmişdə də Avropada yerləşən xristian abidələrin bərpasına təşəbbüs göstərmişdir. Fondun təşəbbüsü ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombaları 2016-cı ildə yenidən istifadəyə verilmişdir.

Deyilənlərə görə bu katakombalar Mərhəmət yubileyi çərçivəsində Romaya gələn turistlərin ən çox ziyarət etdiyi məkan olaraq böyük gəlirə malikdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Avropadakı xristian abidələrin bərpasına külli miqdarda maliyyə ayırmasına baxmayaraq, Avropa ölkələri və qrumları vaxt aşırı olaraq Azərbaycanı Qarabağda xristian irsini məhv etməkdə ittiham edir.