General Salami: SEPAH-ın texnikası dünyanın müasir silahları ilə eyni səviyyədədir
https://parstoday.ir/azeri/news/iran-i10022-general_salami_sepah_ın_texnikası_dünyanın_müasir_silahları_ilə_eyni_səviyyədədir
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı SEPAH-ın təchizatının dünyanın müasir silahları ilə eyni səviyyədə olduğunu vurğulayaraq deyib: “SEPAH silah və döyüş texnikası baxımından dünyanın irəliləyişləri ilə ayaqlaşır.”
(last modified 2025-02-22T06:58:25+00:00 )
Fev 20, 2025 08:59 Asia/Baku
  • General Salami: SEPAH-ın texnikası dünyanın müasir silahları ilə eyni səviyyədədir

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı SEPAH-ın təchizatının dünyanın müasir silahları ilə eyni səviyyədə olduğunu vurğulayaraq deyib: “SEPAH silah və döyüş texnikası baxımından dünyanın irəliləyişləri ilə ayaqlaşır.”

 

SEPAH Quru Qoşunlarının “Böyük Peyğəmbər-19” təliminin əsas mərhələsinin çərçivəsində çərşənbə günü axşam saatlarında jurnalistlərə açıqlama verən general-mayor Hüseyn Səlami deyib: “İran qüdrətli bir ölkədir, İslami İranın mənafeyini və müstəqilliyini hər cür təhdid və təcavüzə qarşı qətiyyətlə müdafiə edir.”

SEPAH komandanı deyib: “İslam Respublikası Silahlı Qüvvələrinin şiddətli döyüş qabiliyyəti son 46 ildə müxtəlif insident və səhnələrdə, o cümlədən “Doğru Vəd 1” və “Doğru Vəd 2” əməliyyatlarında nümayiş etdirilib.”