İranın süni intellekt sahəsində Qlobal Hökumət Hazırlığı İndeksində yeri yüksəlib
https://parstoday.ir/azeri/news/iran-i10118-İranın_süni_intellekt_sahəsində_qlobal_hökumət_hazırlığı_İndeksində_yeri_yüksəlib
2024-cü il üçün Qlobal Hökumətin Süni İntellektə Hazırlıq İndeksi dərc edilib və İran 2023-cü il ilə müqayisədə üç pillə irəliləyərək dünyada 91-ci yerdə (ümumi 88,43 xalla) qərarlaşıb.
(last modified 2025-02-26T05:59:42+00:00 )
Fev 24, 2025 15:50 Asia/Baku
  • İranın süni intellekt sahəsində Qlobal Hökumət Hazırlığı İndeksində yeri yüksəlib

2024-cü il üçün Qlobal Hökumətin Süni İntellektə Hazırlıq İndeksi dərc edilib və İran 2023-cü il ilə müqayisədə üç pillə irəliləyərək dünyada 91-ci yerdə (ümumi 88,43 xalla) qərarlaşıb.

 

İRNA-nın elm sahəsi üzrə qrupunun bazar ertəsi İran İnformasiya Elmləri və Texnologiyaları İnstitutuna istinadən verdiyi xəbərə görə, Oxford Insights tərəfindən hazırlanmış və yazılmış 2024-cü il üçün “Qlobal Hökumətin Süni İntellektə Hazırlıq İndeksi” üzrə hesabatına əsasən, İran dünyada (ümumi xal 88,43) 91-ci yerdədir. Bu hesabatda 188 ölkə qiymətləndirilib və yekun siyahıda reytinq açıqlanıb.

Bu indeksin 2023-cü il hesabatında İran 193 ölkə arasında dünyada (ümumi 42,07 xalla) 94-cü yerdə qərarlaşmışdı.