Təxte-Rəvançi: İranın xarici siyasətində qonşu ölkələrin xüsusi yeri var
https://parstoday.ir/azeri/news/iran-i10182-təxte_rəvançi_İranın_xarici_siyasətində_qonşu_ölkələrin_xüsusi_yeri_var
İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxte-Rəvançi deyib: "İranın xarici siyasətində qonşu ölkələrin xüsusi yeri var və biz dostluq və əməkdaşlıq vasitəsilə regionumuz üçün daha yaxşı və firavan gələcək qura bilərik".
(last modified 2025-03-04T05:03:13+00:00 )
Mart 02, 2025 11:33 Asia/Baku
  • Təxte-Rəvançi: İranın xarici siyasətində qonşu ölkələrin xüsusi yeri var

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxte-Rəvançi deyib: "İranın xarici siyasətində qonşu ölkələrin xüsusi yeri var və biz dostluq və əməkdaşlıq vasitəsilə regionumuz üçün daha yaxşı və firavan gələcək qura bilərik".

 

Məcid Təxte-Rəvançi X platformasında BƏƏ rəsmiləri ilə keçirdiyi görüşlərə toxunaraq, yazıb: "Mən bu yaxınlarda Əbu-Dabidən qayıtdım və iki ölkə arasında siyasi məsləhətləşmələrin birinci raundu çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirinin köməkçisi Lana Nusseybə və digər rəsmilərlə səmərəli görüşlər keçirdim".

O, əlavə edib: "Hər iki tərəf bütün görüşlərdə, xüsusən də iqtisadi sahədə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını nümayiş etdirdilər".

Qeyd edək ki, İran xarici işlər nazirinin siyasi məsələlər üzrə köməkçisi Məcid Təxte-Rəvançi İran-Birləşmiş Ərəb Əmirlikləri Siyasi Məşvərət Komitəsində iştirak etmək üçün Əbu-Dabiyə səfər etmişdi.