İran səfiri rus güləşi əfsanəsinin vəfatı ilə bağlı başsağlığı verib
https://parstoday.ir/azeri/news/iran-i10216-İran_səfiri_rus_güləşi_əfsanəsinin_vəfatı_ilə_bağlı_başsağlığı_verib
 Ölkəmizin Rusiyadakı səfiri Kazım Cəlali Rusiyadan olan müsəlman güləşçi Buvaysar Saytiyevin vəfatı ilə əlaqədar Rusiya hökumətinə və xalqına başsağlığı verib.
(last modified 2025-03-05T05:05:10+00:00 )
Mart 04, 2025 10:46 Asia/Baku
  • İran səfiri rus güləşi əfsanəsinin vəfatı ilə bağlı başsağlığı verib

 Ölkəmizin Rusiyadakı səfiri Kazım Cəlali Rusiyadan olan müsəlman güləşçi Buvaysar Saytiyevin vəfatı ilə əlaqədar Rusiya hökumətinə və xalqına başsağlığı verib.

 

Ölkəmizin Rusiyadakı səfiri Kazım Cəlali X sosial şəbəkəsində öz istifadəçi hesabında yazdığı mesajda bildirib: Rusiyanın məşhur idman qəhrəmanı mərhum Buvaysar Hamidoviç Saytiyevin vəfatı məni və iranlı dostları kədərləndirdi.

Rusiyanın bu məşhur müsəlman idmançısı İranda da tanınırdı. Bu kədərli itki ilə əlaqədar Rusiya Federasiyası hökumətinə, xalqına və bu məşhur güləşçinin əziz ailəsinə başsağlığı verirəm.

Rusiyalı müsəlman güləşçisi Buvaysar Saytiyev dünya səviyyəsində 15 qızıl medal qazanıb. O, 1996-cı ildə Atlanta, 2004-cü ildə Afina və 2008-ci il Pekin Olimpiya Oyunlarının 3 qat qızıl medalçısı, 6 qat güləş üzrə dünya çempionatının çempionu və 6 qat Avropa çempionatının qızıl medalçısıdır.