Urmiya gölünün suyunun həcmi 80 milyon kubmetr artıb
https://parstoday.ir/azeri/news/iran-i10264-urmiya_gölünün_suyunun_həcmi_80_milyon_kubmetr_artıb
Qərbi Azərbaycan Regional Su Şirkətinin baş direktoru deyib: Son monitorinqlərə əsasən, gölün suyunun həcmi 1 milyard 630 milyon kubmetrə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 80 milyon kubmetr çoxdur.
(last modified 2025-03-09T07:07:28+00:00 )
Mart 08, 2025 08:48 Asia/Baku
  • Urmiya gölünün suyunun həcmi 80 milyon kubmetr artıb

Qərbi Azərbaycan Regional Su Şirkətinin baş direktoru deyib: Son monitorinqlərə əsasən, gölün suyunun həcmi 1 milyard 630 milyon kubmetrə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 80 milyon kubmetr çoxdur.

 

Məcid Rəstqari şənbə günü İRNA-nın müxbiri ilə müsahibədə əlavə edib: Hazırda Urmiya gölünün səviyyəsi 1270 metr 28 santimetrə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə üç santimetr yüksəkdir.

O əlavə edib: Hazırda Urmiya gölünün sahəsi 1140 kvadrat kilometrə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 kvadrat kilometr çoxdur.