Sistan və Bəlucistanda 9 nəfərlik iki terror qrupu məhv edilib
https://parstoday.ir/azeri/news/iran-i10278-sistan_və_bəlucistanda_9_nəfərlik_iki_terror_qrupu_məhv_edilib
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının Qüds Qərargahının ictimaiyyətlə əlaqələr böbəsi məlumat yayaraq bildirib: “Ölkənin şərqində terrorçu-təkfirçi qrupların doqquz nəfərlik üzvündən ibarət iki silahlı qrup Sistan və Bəlucistanın cənubunda hər hansı bir anti-təhlükəsizlik, təcavüz və ya təxribat törətməzdən əvvəl həbs edildi.
(last modified 2025-03-10T06:58:50+00:00 )
Mart 08, 2025 22:54 Asia/Baku
  • Sistan və Bəlucistanda 9 nəfərlik iki terror qrupu məhv edilib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının Qüds Qərargahının ictimaiyyətlə əlaqələr böbəsi məlumat yayaraq bildirib: “Ölkənin şərqində terrorçu-təkfirçi qrupların doqquz nəfərlik üzvündən ibarət iki silahlı qrup Sistan və Bəlucistanın cənubunda hər hansı bir anti-təhlükəsizlik, təcavüz və ya təxribat törətməzdən əvvəl həbs edildi.

 

SEPAH Quru Qoşunları şənbə günü axşam yaydığı bəyanatda bildirib: “Bu ilin noyabr ayında başlayan və bu gün də davam edən böyük “Təhlükəsizlik Şəhidləri” təliminin davamı olaraq, SEPAH Quru Qoşunlarının Qüds bazası, Baş Kəşfiyyat İdarəsi, SEPAH-ın Salman Kəşfiyyat Təşkilatının qüvvələri, eləcə də Sistan və Bəlucistan əyalətində Polis Komandanlığı qüvvələri gecə-gündüz, geniş və mürəkkəb kəşfiyyat və əməliyyat səyləri ilə ölkənin şərqində terrorçu-təkfirçi qrupların doqquz nəfərlik üzvündən ibarət iki silahlı qrupu Sistan və Bəlucistanın cənubunda hər hansı bir anti-təhlükəsizlik, təcavüz və ya təxribat aktı törətməzdən əvvəl həbs ediblər.”