İran Gəmiçilik Qrupunda konteyner daşıma rekordu qırılıb
https://parstoday.ir/azeri/news/iran-i10312-İran_gəmiçilik_qrupunda_konteyner_daşıma_rekordu_qırılıb
 Konteyner Gəmiçiliyi Şirkətinin İdarə Heyətinin sədri deyib: “İran İslam Respublikası Gəmiçilik Qrupunun tarixində konteyner daşıma rekordu sanksiyalar təzyiqlərinə baxmayaraq yenilənib.”
(last modified 2025-03-11T06:15:53+00:00 )
Mart 10, 2025 17:14 Asia/Baku
  • İran Gəmiçilik Qrupunda konteyner daşıma rekordu qırılıb

 Konteyner Gəmiçiliyi Şirkətinin İdarə Heyətinin sədri deyib: “İran İslam Respublikası Gəmiçilik Qrupunun tarixində konteyner daşıma rekordu sanksiyalar təzyiqlərinə baxmayaraq yenilənib.”

 

Konteyner daşıma şirkətinin məsul şəxsi bu xəbəri açıqlayaraq bildirib: “İran İslam Respublikası Gəmiçilik Qrupunun konteyner daşıma qolu olan Konteyner Gəmiçiliyi bu il ötən ildəkindən 100.000 TEU daha çox konteyner daşıyıb və Gəmiçilik Qrupunda konteyner daşıma rekordunu əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.”

Konteyner Daşımaları Şirkətinin baş direktoru bu kontekstdə şirkətin son beş ildə onların törətdiyi sanksiyalar və məhdudiyyətlərə baxmayaraq fəaliyyətini inkişaf etdirməyə davam etdiyini bildirərək deyib: “Bu il biz beş il əvvəllə müqayisədə performans statistikasında 41%-dən çox artımın şahidi oluruq.”