İran: Təhlükəsizlik Şurasının qapalı iclası Tehranın agentliklə qarşılıqlı əlaqəsi prosesinə müdaxilədir
https://parstoday.ir/azeri/news/iran-i10332-İran_təhlükəsizlik_Şurasının_qapalı_iclası_tehranın_agentliklə_qarşılıqlı_əlaqəsi_prosesinə_müdaxilədir
 İranın BMT-dəki səfiri bəyan edib ki, ABŞ Təhlükəsizlik Şurasını İrana qarşı iqtisadi müharibəni gücləndirmək üçün alətə çevirmək niyyətini bəyan edib və deyib: Biz bu iclası İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında davam edən konstruktiv qarşılıqlı fəaliyyət prosesinə əsassız müdaxilə kimi qiymətləndiririk. Bu addımın yalnız bir məqsədi var: İrana qarşı uğursuz və qeyri-qanuni maksimum təzyiq siyasətini davam etdirmək.
(last modified 2025-03-13T05:37:14+00:00 )
Mart 13, 2025 09:36 Asia/Baku
  • İran: Təhlükəsizlik Şurasının qapalı iclası Tehranın agentliklə qarşılıqlı əlaqəsi prosesinə müdaxilədir

 İranın BMT-dəki səfiri bəyan edib ki, ABŞ Təhlükəsizlik Şurasını İrana qarşı iqtisadi müharibəni gücləndirmək üçün alətə çevirmək niyyətini bəyan edib və deyib: Biz bu iclası İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında davam edən konstruktiv qarşılıqlı fəaliyyət prosesinə əsassız müdaxilə kimi qiymətləndiririk. Bu addımın yalnız bir məqsədi var: İrana qarşı uğursuz və qeyri-qanuni maksimum təzyiq siyasətini davam etdirmək.

 

İran İslam Respublikasının BMT-dəki yüksək vəzifəli diplomatı 12 mart 2025-ci il çərşənbə günü Təhlükəsizlik Şurasının qapalı iclasında deyib: İran İslam Respublikası Amerika, İngiltərə və Fransanın əsassız iddialarını qəti şəkildə rədd edir.

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi deyib: Bu ölkələr hazırkı vəziyyətə görə məsuliyyət daşıdıqlarını asanlıqla görməzlikdən gəldilər. Məhz Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini birbaşa pozaraq 2018-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) birtərəfli qaydada çıxmışdı. Qeyri-qanuni sanksiyaları yenidən tətbiq edən, beynəlxalq hüququ pozan və İran xalqını cəzalandıran ABŞ oldu. Məhz İngiltərə, Fransa və Almaniya, JCPOA-nın Avropa tərəfləri, öhdəliklərinə əməl etmək əvəzinə, öhdəliklərini yerinə yetirməməklə Vaşinqtonu razı salmağa qərar verdilər. Bunlar nəzərdən qaçırılmayacaq faktlardır.