İran nümayəndəsi Amerikanın əsassız ittihamlarına cavab verdi
https://parstoday.ir/azeri/news/iran-i10416-İran_nümayəndəsi_amerikanın_əsassız_ittihamlarına_cavab_verdi
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Amerikanın İrana qarşı əsassız ittihamlarını rədd edərək, deyib: "Bu əsassız ittihamlar Amerika hökumətinin İran İslam Respublikasına qarşı düşmənçilik siyasətini bir daha ortaya qoyur".
(last modified 2025-03-25T04:44:14+00:00 )
Mart 22, 2025 16:43 Asia/Baku
  • İran nümayəndəsi Amerikanın əsassız ittihamlarına cavab verdi

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Amerikanın İrana qarşı əsassız ittihamlarını rədd edərək, deyib: "Bu əsassız ittihamlar Amerika hökumətinin İran İslam Respublikasına qarşı düşmənçilik siyasətini bir daha ortaya qoyur".

 

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasına və BMT-nin baş katibinə ünvanladığı məktubda ABŞ və sionist rejimin Təhlükəsizlik Şurasının iclasında Tehrana qarşı ittihamlarına toxunaraq, bildirib: "Bu ittihamlar beynəlxalq ictimai rəyi İsrail rejiminin Qəzzədə Fələstin xalqına qarşı törətdiyi soyqırım, müharibə cinayətləri və böyük faciələrdən yayındırmaq üçün hesablanmış cəhddən başqa bir şey deyil".

İrəvani vurğulayıb: "ABŞ-ın BMT-dəki daimi nümayəndəliyi hər fürsətdə,Təhlükəsizlik Şurasını Vaşinqtonun siyasi gündəmini irəli sürmək üçün bir alətə çevirir və İranı beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qələmə verərək, ondan yanlış təsəvvür yaradır".