Tehranda Fitr bayramı namazı Ali Məqamlı Rəhbərin imamlığı ilə qılınacaq
https://parstoday.ir/azeri/news/iran-i10450-tehranda_fitr_bayramı_namazı_ali_məqamlı_rəhbərin_imamlığı_ilə_qılınacaq
Cümə İmamları Siyasət Şurasının sözçüsü bildirib: “Fitr bayramı namazı Tehranda İslam İnqilabının Ali Rəhbərinin imamlığı ilə İmam Xomeyni (r) müsəllasında İslami İranın paytaxt əhalisinin coşqulu iştirakı ilə qılınacaq.
(last modified 2025-03-29T11:02:23+00:00 )
Mart 27, 2025 08:22 Asia/Baku
  • Tehranda Fitr bayramı namazı Ali Məqamlı Rəhbərin imamlığı ilə qılınacaq

Cümə İmamları Siyasət Şurasının sözçüsü bildirib: “Fitr bayramı namazı Tehranda İslam İnqilabının Ali Rəhbərinin imamlığı ilə İmam Xomeyni (r) müsəllasında İslami İranın paytaxt əhalisinin coşqulu iştirakı ilə qılınacaq.

 

Cümə İmamları Siyasəti Şurasının əlaqələr və media mərkəzindən höccətül-islam Əli Nuri bu xəbəri açıqlayaraq deyib: “Şəvval hilalının görünməsi və Fitr bayramının elan edilməsindən sonra Fitr namazı nəzərdə tutulduğu kimi gələn həftə səhər saat 8:00-da qılınacaq və müsəlla səhər saat 4:00-dan etibarən namazqılanların üzünə açıq olacaq.”

Höccətül-islam Əli Nuri əlavə edib: “İctimai nəqliyyat səhər saat 4-dən başlayaraq namazqılanları şəhərin müxtəlif yerlərindən daşımağa hazır olacaq. Bu proqramın təfərrüatları tədricən kütləvi informasiya vasitələrində açıqlanacaq.”