1403-cü Günəş ilində İran üzərindən 22 milyon ton malın xarici tranziti
https://parstoday.ir/azeri/news/iran-i10594-1403_cü_günəş_ilində_İran_üzərindən_22_milyon_ton_malın_xarici_tranziti
 İran Gömrük İdarəsinin baş direktoru deyib: 1403-cü ildə İran ərazisindən müxtəlif malların xarici tranziti 21 milyon 913 min tona çatıb.
(last modified 2025-04-09T02:50:17+00:00 )
Apr 08, 2025 16:29 Asia/Baku
  • 1403-cü Günəş ilində İran üzərindən 22 milyon ton malın xarici tranziti

 İran Gömrük İdarəsinin baş direktoru deyib: 1403-cü ildə İran ərazisindən müxtəlif malların xarici tranziti 21 milyon 913 min tona çatıb.

 

Fərvəd Əsgəri çərşənbə axşamı deyib: "1403-cü ildə İrandan keçən bu tranzit yüklərin həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 22,5 faiz artım deməkdir."

 

Əsgəri əlavə edib: "1403-cü ildə İran ərazisindən keçən ümumi tranzit malların 19 milyon 654 min tonu 10 gömrük idarəsinin: Şəhid Rəcai, Pərviz Xan, Başmaq, Sərəxs, Bazarqan, Astara, Piranşəhr, Biləsuvar, Lütfabad və Culfanın payına düşür."