İran diplomatiyaya üstünlük verir, amma özünü necə müdafiə edəcəyini çox gözəl bilir
https://parstoday.ir/azeri/news/iran-i10598-İran_diplomatiyaya_üstünlük_verir_amma_özünü_necə_müdafiə_edəcəyini_çox_gözəl_bilir
Xarici İşlər naziri Amerikanın “The Washington Post” qəzetində məqalə dərc edərək, Omanda ABŞ-la dolayı danışıqların yeni mərhələsinin başlanması ərəfəsində İran İslam Respublikasının danışıqlardakı mövqelərini izah edib:
(last modified 2025-04-09T02:56:57+00:00 )
Apr 08, 2025 23:52 Asia/Baku
  • İran diplomatiyaya üstünlük verir, amma özünü necə müdafiə edəcəyini çox gözəl bilir

Xarici İşlər naziri Amerikanın “The Washington Post” qəzetində məqalə dərc edərək, Omanda ABŞ-la dolayı danışıqların yeni mərhələsinin başlanması ərəfəsində İran İslam Respublikasının danışıqlardakı mövqelərini izah edib:

 

Son həftələrdə İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında bir sıra məktub və mesajlar mübadiləsi aparılıb. Bəzi səthi şərhlərin əksinə olaraq, bu əlaqələr - ən azı bizim tərəfimizdən - nə simvolik, nə də mərasim xarakteri daşıyıb. Biz bunları mövqeləri aydınlaşdırmaq və diplomatiya üçün pəncərə açmaq üçün əsl səy kimi görürük.

 

Prezident Donald Trampın bazar ertəsi verdiyi açıqlamaya əsaslanaraq, İran razılığa gəlmək məqsədi ilə ciddi şəkildə anlaşmaya girməyə və danışıqlara getməyə hazırdır. Biz dolayı danışıqlar üçün şənbə günü Omanda görüşəcəyik. Bu görüş bir sınaq olduğu qədər də bir fürsətdir.

 

Bu qarşılıqlı əlaqə üçün təklif etdiyimiz model innovativ və ya misilsiz deyil. Birləşmiş Ştatlar özü Rusiya və Ukrayna arasında dolayı danışıqlarda vasitəçilik edir, hansı ki, bu, strateji, ərazi, hərbi, təhlükəsizlik və iqtisadi ölçüləri əhatə edən daha gərgin və mürəkkəb münaqişədir.

 

Şəxsən mənim ABŞ-la dolayı danışıqlar aparmaq təcrübəm olub. 2021-ci ildə Avropa Birliyinin vasitəçiliyi ilə həyata keçirilən bu proses birbaşa danışıqlardan daha mürəkkəb və çətin olsa da, həm mümkün, həm də səmərəli oldu. O zaman finiş xəttinə çatmasaq da, əsas səbəb Co Bayden administrasiyasının real iradəsinin olmaması idi.

 

Dolayı danışıqların aparılması nə taktika, nə də ideoloji meylin əksi deyil, əslində, təcrübə əsasında edilən strateji seçimdir. Böyük bir inamsızlıq divarı ilə üz-üzəyik və niyyətlərin səmimiliyinə ciddi şübhələrimiz var; ABŞ-ın hər hansı diplomatik görüşdən əvvəl “maksimum təzyiq” siyasətini bərpa etməkdə israrlı olması ilə daha da güclənən şübhələr.

 

Gələcəyə doğru irəliləmək üçün ilk növbədə ortaq bir anlayışa çatmalıyıq ki: prinsipcə, “hərbi həll” bir yana qalsın, “hərbi variant” deyə bir şey yoxdur. Prezident Tramp Ukraynada müharibəyə son qoymaq üçün ilk addım kimi atəşkəs rejimini tövsiyə etməklə bu reallığı açıq şəkildə etiraf edib.

 

Vaşinqtonda çoxları İranı iqtisadi baxımdan qapalı ölkə kimi qələmə verir. Amma reallıq ondan ibarətdir ki, İran beynəlxalq şirkətlərin və bizneslərin fəal iştirakı üçün tam açıqdır. Bu məhdudiyyətlər İran tərəfindən deyil, ABŞ administrasiyası və Konqres tərəfindən qoyulmuşdur ki, Amerika şirkətlərinin İran bazarına - trilyon dollarlıq imkanları olan bazara daxil olmasına mane olsunlar.

 

Mənim bu dediklərimi yadda saxlayın: İran diplomatiyaya üstünlük verir, amma özünü necə müdafiə edəcəyini çox gözəl bilir. Biz keçmişdə təhdidlərə təslim olmamışıq, indi də, gələcəkdə də təslim olmayacağıq. Biz sülh istəyirik, lakin təslim olmağı heç vaxt qəbul etmirik.