İranın Fransadakı səfiri: Bizim müdafiə strategiyamızda nüvə silahının yeri yoxdur
https://parstoday.ir/azeri/news/iran-i10612-İranın_fransadakı_səfiri_bizim_müdafiə_strategiyamızda_nüvə_silahının_yeri_yoxdur
Məhəmməd Əmin Nejad rüblük nəşr olunan “Spectacle Lemonade” jurnalına müsahibəsində deyib: “Bizim İslam mədəniyyətimizdə digər kütləvi qırğın silahları kimi nüvə silahı da qadağandır və bizim müdafiə strategiyamızda nüvə silahının yeri yoxdur”.
(last modified 2025-04-10T04:35:10+00:00 )
Apr 09, 2025 11:04 Asia/Baku
  • İranın Fransadakı səfiri: Bizim müdafiə strategiyamızda nüvə silahının yeri yoxdur

Məhəmməd Əmin Nejad rüblük nəşr olunan “Spectacle Lemonade” jurnalına müsahibəsində deyib: “Bizim İslam mədəniyyətimizdə digər kütləvi qırğın silahları kimi nüvə silahı da qadağandır və bizim müdafiə strategiyamızda nüvə silahının yeri yoxdur”.

 

İran İslam Respublikasının Fransadakı səfiri geosiyasət sahəsində ixtisaslaşmış nəşr olan bu rüblük jurnala verdiyi müsahibədə İranın nüvə silahı əldə etmək səyləri ilə bağlı suala cavab olaraq deyib: “İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsini ilk imzalayanlardan biridir və ona əsasən mülki nüvə texnologiyasına çıxış hər bir ölkənin ayrılmaz hüququdur və ölkəmizin dinc inkişafı üçün bunu istəyirik”.

Əmin Nejad ölkəmizə qarşı ədalətsiz iqtisadi sanksiyalarla bağlı da deyib: 1980-ci illərdə başlayan sanksiyalar heç bir fərq qoymadan bütün İran xalqına təsir edir.

O, sanksiyaların ədalətsiz və qeyri-qanuni olduğunu və insani dəyərlərə və bütün beynəlxalq qaydalara zidd olduğunu bildirərək əlavə edib: "Ümid edirik ki, böyük güclərin daha böyük ədalətə doğru dəyişməsi bu sanksiyalara son qoyacaq, çünki Qərb 50 ilə yaxındır ki, İranın inkişafına əngəl törədir".