Norduz sərhəd bölgəsində “Sülh Təlimi” keçiriləcək
https://parstoday.ir/azeri/news/iran-i10622-norduz_sərhəd_bölgəsində_sülh_təlimi_keçiriləcək
 İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları Əməliyyatları komandanının müavini İran İslam Respublikası və Ermənistan arasında Norduz sərhəd bölgəsində “Sülh Təlimi”nin həyata keçiriləcəyini açıqlayıb.
(last modified 2025-04-10T04:35:44+00:00 )
Apr 09, 2025 16:24 Asia/Baku
  • Norduz sərhəd bölgəsində “Sülh Təlimi” keçiriləcək

 İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları Əməliyyatları komandanının müavini İran İslam Respublikası və Ermənistan arasında Norduz sərhəd bölgəsində “Sülh Təlimi”nin həyata keçiriləcəyini açıqlayıb.

 

general-mayor Vəliyullah Mədəni bu təlimin keçirilməsi ilə bağlı bildirib: “İran və Ermənistan arasında “Sülh Təlimi” iki gün ərzində Norduz sərhəd bölgəsində keçiriləcək.”

 

“Sülh Təliminin həyata keçirilməsində İran İslam Respublikası və Ermənistan öz əməliyyat bölmələri ilə birlikdə Norduz sərhəd bölgəsində yerləşəcəklər” - deyə, o, əlavə edib.

 

SEPAH-ın Quru Qoşunları komandanının müavini deyib: “ İran İslam Respublikası və Ermənistan arasında sərhəd bölgələri üçün heç bir təhlükə yoxdur və müvafiq olaraq bu təlimin adı “Sülh”dür.”

General-mayor “Sülh Təlimi”nin həyata keçirilməsi üçün lazımi tədbirlərin əvvəlcədən planlaşdırıldığını vurğulayaraq deyib: “Bu təlim bölgədə davamlı sülhün bərqərar olması istiqamətində həyata keçirilir; bu bölgə, sülhün hökm sürdüyü bölgədir.”

 

“Sülh Təlimi”nin keçirilməsinin məqsədləri barədə söz açan general-mayor Mədəni bildirib ki, “Sülh Təlimi”nin həyata keçirilməsində əsas məqsəd sərhəd təhlükəsizliyini gücləndirməkdir.

 

SEPAH-ın Quru Qoşunları komandanının müavini deyib: “İran İslam Respublikası və Ermənistan arasındakı sərhəd bölgələri bölgənin yerləşdiyi həssas mövqeyə görə strateji əhəmiyyətə malikdir.”