Moskva: Rusiya və İran yeni quru qaz marşrutları üzərində işləməyə hazırdır
https://parstoday.ir/azeri/news/iran-i10780-moskva_rusiya_və_İran_yeni_quru_qaz_marşrutları_üzərində_işləməyə_hazırdır
Rusiya hökuməti bəyanat yayaraq Moskva və Tehranın yeni quru qaz marşrutları üzərində işləməyə hazır olduqlarını açıqlayıb.
(last modified 2026-04-08T07:08:49+00:00 )
Apr 24, 2025 16:17 Asia/Baku
  • Moskva: Rusiya və İran yeni quru qaz marşrutları üzərində işləməyə hazırdır

Rusiya hökuməti bəyanat yayaraq Moskva və Tehranın yeni quru qaz marşrutları üzərində işləməyə hazır olduqlarını açıqlayıb.

 

Rusiya hökuməti yaydığı bəyanatda bildirib ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak və İranın Neft naziri Möhsin Paknejd danışıqlar zamanı Rusiyadan İrana yeni quru qaz marşrutlarının tikintisi üzrə birgə layihələr üzərində işi davam etdirməyə hazır olduqlarını bildiriblər.

 

Bəyanatda deyilir: “Aleksandr Novak Rusiyanın Avrasiya İqtisadi İttifaqı ilə İran arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə kömək etməyə hazır olduğunu qeyd edib və tərəflər həmçinin Rusiyadan İrana yeni quru qaz marşrutlarının çəkilməsi üzrə birgə layihələr üzərində işi davam etdirməyə hazır olduqlarını bildiriblər.

 

Tərəflər həmçinin OPEC+ və Qaz İxrac Edən Ölkələr Forumu çərçivəsində Rusiya ilə İran arasında uğurlu qarşılıqlı fəaliyyəti vurğulayıblar.”