BMT Bəndər Abbas partlayışından sonra İran xalqına və hökumətinə başsağlığı verib
https://parstoday.ir/azeri/news/iran-i10822-bmt_bəndər_abbas_partlayışından_sonra_İran_xalqına_və_hökumətinə_başsağlığı_verib
Birləşmiş Millətlər Təşkilatı İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş güclü partlayışdan sonra İran xalqına və hökumətinə başsağlığı verib.
(last modified 2025-04-28T05:24:30+00:00 )
Apr 27, 2025 10:41 Asia/Baku
  • BMT Bəndər Abbas partlayışından sonra İran xalqına və hökumətinə başsağlığı verib

Birləşmiş Millətlər Təşkilatı İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş güclü partlayışdan sonra İran xalqına və hökumətinə başsağlığı verib.

 

Yerli vaxtla şənbə günü gecə İRNA-ya danışan BMT-nin sözçüsü Stefan Düjarrik deyib: Biz aprelin 26-da İran İslam Respublikasının Bəndər Abbas şəhərinin Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində çoxlu sayda qurbanların olduğunu böyük təəssüf hissi ilə öyrəndik.

Düjarrik deyib: Biz həyatını itirənlərin ailələrinə, İran xalqına və hökumətinə başsağlığı verir və acılarına şərik olduğumuzu bildiririk, yaralananların tezliklə sağalmasını arzulayırıq.