Əraqçi: Sanksiyalar İran və Hindistan arasında iqtisadi əlaqələrin səviyyəsinin yaxşılaşmasına əsas maneədir
https://parstoday.ir/azeri/news/iran-i10978-Əraqçi_sanksiyalar_İran_və_hindistan_arasında_iqtisadi_əlaqələrin_səviyyəsinin_yaxşılaşmasına_əsas_maneədir
Xarici İşlər naziri Yeni Dehlinin Heydərabad sarayında İran və Hindistan arasında keçirilən "Birgə Komissiya"nın 20-ci iclasında deyib: “İqtisadi əməkdaşlığımız yaxşıdır, lakin bu münasibətlərin səviyyəsi gözlədiyimiz kimi deyil. Sanksiyalar iqtisadi münasibətlərin səviyyəsinin yaxşılaşdırılmasına maneələrdən biridir və biz ümid edirik ki, gələcəkdə bu problemi həll edə biləcəyik.”
(last modified 2025-05-10T06:32:07+00:00 )
May 08, 2025 13:28 Asia/Baku
  • Əraqçi: Sanksiyalar İran və Hindistan arasında iqtisadi əlaqələrin səviyyəsinin yaxşılaşmasına əsas maneədir

Xarici İşlər naziri Yeni Dehlinin Heydərabad sarayında İran və Hindistan arasında keçirilən "Birgə Komissiya"nın 20-ci iclasında deyib: “İqtisadi əməkdaşlığımız yaxşıdır, lakin bu münasibətlərin səviyyəsi gözlədiyimiz kimi deyil. Sanksiyalar iqtisadi münasibətlərin səviyyəsinin yaxşılaşdırılmasına maneələrdən biridir və biz ümid edirik ki, gələcəkdə bu problemi həll edə biləcəyik.”

 

İclasda Hindistanın Xarici İşlər naziri Cayşankar da Tehran və Yeni Dehli arasında diplomatik əlaqələrin 75-ci ildönümünə toxunaraq deyib: “Bu tarix bizim aramızda olan sıx əməkdaşlığın və dərin dostluğun bir xatırlatmasıdır. Əminəm ki, biz bu yubileyi layiqincə qeyd edəcəyik.”

O, Hindistan və Pakistan arasında son hərbi hadisələrə toxunaraq, iranlı həmkarına deyib: “Siz Hindistana elə bir vaxtda səfər edirsiniz ki, aprelin 22-də Hindistanın Kəşmir ərazisində törədilmiş vəhşi terror aktına cavab veririk. Bu hücum bizi mayın 7-də transsərhəd terror infrastrukturuna zərbələr endirməyə məcbur etdi.”