Əraqçi: Snapback-dən sui-istifadə gərginliyin artmasına səbəb olacaq
(last modified Mon, 12 May 2025 06:39:46 GMT )
May 12, 2025 10:39 Asia/Baku
  • Əraqçi: Snapback-dən sui-istifadə gərginliyin artmasına səbəb olacaq

İran İslam Respublikasının Xarici İşlər Naziri vurğulayıb: Biz Birgə Hərtərəfli Fəaliyyət Planını imzalayan bütün ölkələrə xəbərdarlıq etmişik ki, “sanksiyaların avtomatik qaytarılması (Snapback)” mexanizmindən hər hansı sui-istifadənin nəticələri olacaq. Bu, təkcə Avropanın bu sazişdəki rolunun sona çatması deyil, həm də geri qaytarılması mümkün olmayan gərginliyin artmasına səbəb ola bilər.

 

Seyid Abbas Əraqçi X sosial şəbəkəsindəki (keçmiş Twitter) hesabında yazıb: "İran öz mövqeyini açıq şəkildə bildirdi. Biz BHFP-nı imzalayan bütün ölkələrə rəsmi xəbərdarlıq etdik".

Əraqçi əlavə edib: "Üç Avropa ölkəsi (E3) işlərin bu çıxılmaz vəziyyətə necə gəldiyini özlərinə soruşmalıdırlar."

O bildirib: “Rusiya və Çinlə son məsləhətləşmələrdən sonra münasibətlərdə yeni səhifə açmaq üçün Paris, Berlin və Londona səfər etməyə hazır olduğumu bildirdim. Bu təşəbbüs xarici işlər nazirlərinin müavinləri səviyyəsində ilkin danışıqlara gətirib çıxardı - kövrək, lakin perspektivli başlanğıc idi. Bununla belə, vaxt sürətlə keçir".

Xarici işlər naziri qeyd edib: “Bizim bu kritik məqama necə cavab verəcəyimiz İran-Avropa münasibətlərinin gələcəyini çoxlarının təsəvvür etdiyindən daha dərindən formalaşdıracaq. İran vəziyyəti dəyişməyə hazırdır. Ümid edirik ki, avropalı tərəfdaşlarımızın da belə bir iradəsi olacaq".