Moskvada İran-Rusiya Media Komitəsinin iclası keçirilib
(last modified Wed, 14 May 2025 10:49:01 GMT )
May 14, 2025 14:49 Asia/Baku
  • Moskvada İran-Rusiya Media Komitəsinin iclası keçirilib

 İran İslam Respublikası və Rusiya Federasiyası arasında media sahəsində əməkdaşlıq üzrə işçi qrupu çərşənbə axşamı axşam saatlarında Mədəniyyət və İslami İrşad nazirinin media və təbliğat işləri üzrə müavini və Rusiyanın Rabitə və Kütləvi İnformasiya Vasitələri nazirinin müavininin iştirakı ilə Moskvada keçirilib.

 

Bu iclas “Rossiya Sivodnia” (Russia Today) media qrupunun ev sahibliyi ilə İran və Rusiya tərəflərinin rəhbərləri Məhəmməd Rza Novruzpur və xanım Çerkasevanın fikirlərinin təqdimatı ilə başlayıb. Media nümayəndələri öz təkliflərini təqdim etdikdən sonra İranın Rusiyadakı səfiri Kazım Cəlalinin iştirakı ilə iclasın müzakirələri yekunlaşıb.Bu iclası giriş sözü ilə açan Mədəniyyət və İslami İrşad nazirinin media və təbliğat məsələləri üzrə müavini ölkəmizin mediasının imkanlarını açıqlayıb.O, çıxışının davamında deyib ki, İran və Rusiya mediasının qarşısında duran missiyalardan biri xalqların bir-birini başa düşmələrini gücləndirməkdir.İranlıların Rusiya anlayışının son iki əsrdə böyük rus ədəbiyyatçı və yazıçılarının əsərlərinin öyrənilməsi ilə formalaşdığına diqqət çəkən Novruzpur deyib: "İranlılar qədim Rusiyanı indiki Rusiyadan daha yaxşı tanıyırlar."O bildirib: "Yeni Rusiya ilə bağlı məlumatlar bizə Qərb xəbər mənbələri vasitəsilə gəlir, ona görə ki, biz iki ölkənin mediası arasında lazımi əlaqə yarada bilməmişik."Mədəniyyət və İslami İrşad nazirinin media və təbliğat nəsələləri üzrə müavini medianın İran və Rusiya xalqlarının bir-biri haqqında anlayışının gücləndirilməsində rol oynamasının vacibliyini vurğulayaraq, saxta xəbərlərlə mübarizədə iki ölkə mediası arasında əməkdaşlığın başqa bir sahəsini qeyd edib.