Qalibaf: İran İslam ölkələrini İsrailə embarqo qoymağa çağırır
(last modified Wed, 14 May 2025 15:27:52 GMT )
May 14, 2025 19:27 Asia/Baku
  • Qalibaf: İran İslam ölkələrini İsrailə embarqo qoymağa çağırır

İran parlamentinin sədri Qərbi Asiya regionundakı xaosun kökünün Amerikanın sionist mafiyaya dəstəyinin olduğunu bildirərək, deyib: "İran İslam ölkələrini sionist rejimə qarşı siyasi, iqtisadi və silah embarqosu tətbiq təcili və təsirli addım atmağa çağırır”.

 

İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf mayın 14-də İndoneziyanın paytaxtı Cakartada keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlament Birliyinin 19-cu Konfransında çıxış edib.

Qalibaf sionist rejimin Qəzzədə həyata keçirdiyi hücumlara toxunaraq, deyib: “Fələstini müdafiə etmək İslamı, insanlığı və ədaləti müdafiə etmək deməkdir. İndi Qəzzədə dinc əhaliyə qarşı qırğınlar baş verir. Ona görə də, bu mühüm parlament birliyinin üzvləri sionist rejimini soyqırımı dayandırmağa məcbur etmək üçün əməli addımlar atmalıdırlar. Bu gün qəzzəli uşaq və qadınların gözü İslam ölkələrimizin qərarına dikilib. İndi İslam ölkələrinin bu rejimi Qəzzənin mühasirəsinə son qoymağa məcbur etmək üçün kollektiv qərar qəbul etmələrinin vaxtıdır”

Qalibaf ABŞ prezidentinin dünən axşamkı açıqlamalarının onun onun xəyal dünyasında yaşadığını göstərdiyini bəyan edərək, deyib: “Biz ona tövsiyə edirik ki, gözlərini açsın və bu reallığı ki, müqavimətin yeri bölgə xalqının qəlbindədir, görsün”.

Trampın sözlərini "illərdir regionu əmin-amansızlığa sürükləyən siyasətlərin göstəricisi” kimi xarakterizə edib.Qalibaf davam edib: “İran müharibə ardınca deyil, amma biz boyun da əyməyəcəyik. Biz qonşu ölkələrlə qardaşıq və amerikalıların silah satışlarını artırmaq üçün bölgədə ixtilaf yaratmaq cəhdlərinə qarşıyıq".