İran və ABŞ arasındakı müzakirələrin beşinci raundu başa çatıb
https://parstoday.ir/azeri/news/iran-i11216-İran_və_abŞ_arasındakı_müzakirələrin_beşinci_raundu_başa_çatıb
İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında aparılan dolayı danışıqların beşinci raundu başa çatıb.
(last modified 2025-05-24T05:52:36+00:00 )
May 23, 2025 15:50 Asia/Baku
  • İran və ABŞ arasındakı müzakirələrin beşinci raundu başa çatıb

İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında aparılan dolayı danışıqların beşinci raundu başa çatıb.

 

İRNA-nın xarici siyasət müxbirinin verdiyi məlumata görə, İranın xarici işlər naziri Seyid Abbas Əraqçı ilə ABŞ prezidentinin danışıqlardakı xüsusi elçisi Stiv Vitkof arasında aparılan dolayı danışıqların beşinci raundu bir neçə dəqiqə əvvəl İtaliyanın paytaxtı Romada başa çatıb. Bu raund danışıqlar da əvvəlki dörd raund kimi Omanın İtaliyadakı səfirinin ev sahibliyi və xarici işlər naziri Badr Busaidinin vasitəçiliyi ilə keçirilib

Bundan əvvəl İran və ABŞ arasında beşinci raund dolayı danışıqların prosesi ilə bağlı İRNA-nın Romadakı müxbirinə verdiyi müsahibədə Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Müzakirələr peşəkar atmosferdə aparılır.

Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra qeyd edib ki, "ümumiyyətlə, müzakirələrin bu raundunun peşəkar, sakit və məntiqli atmosferdə keçirildiyini demək olar. Danışıqların yekunundan sonra daha ətraflı məlumat verəcəyik.