Pezeşkianın Əliyevə Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik məktubu
https://parstoday.ir/azeri/news/iran-i11234-pezeşkianın_Əliyevə_azərbaycan_respublikasının_müstəqillik_günü_münasibətilə_təbrik_məktubu
Ölkəmizin möhtərəm prezidenti doktor Məsud Pezeşkian Azərbaycan Respublikasının dövlət müstəqilliyinin ildönümü münasibətilə Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb.
(last modified 2025-05-25T04:23:22+00:00 )
May 24, 2025 18:19 Asia/Baku
  • Pezeşkianın Əliyevə Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik məktubu

Ölkəmizin möhtərəm prezidenti doktor Məsud Pezeşkian Azərbaycan Respublikasının dövlət müstəqilliyinin ildönümü münasibətilə Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb.

 

Məktubda deyilir:

"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin ildönümünün yaxınlaşması münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Mehriban və qonşu xalqlarımızın ortaq tarixi, onlar arasında qırılmaz əlaqələr ölkələrimiz arasında münasibətlərin inkişafında dəyərli bir dəyər yaratmışdır.

İran İslam Respublikası ümumi maraqlar çərçivəsində əlaqələrin genişləndirilməsi və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsində qərarlıdır. Bu istiqamətdə nəqliyyat, elektrik enerjisi və təbii qazla bağlı müxtəlif sahələrdə birgə layihələrin icrasının sürətləndirilməsi, ticarət mübadiləsinin həcminin artırılması, əhali-əhali təmaslarının asanlaşdırılmasının vacibliyi vurğulanır.

İran İslam Respublikası hesab edir ki, ölkələrin ərazi bütövlüyünə hörmət etməklə regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olmasında mühüm rol oynaya biləcək kommunikasiya yolları açılacaq.

Allah-Təaladan sizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə xoşbəxtlik və səadət dolu günlər nəsib etməsini diləyirəm.