Əraqçi: Biz danışıqlarda İran xalqının hüquqlarına güzəştə getməyəcəyik
https://parstoday.ir/azeri/news/iran-i11252-Əraqçi_biz_danışıqlarda_İran_xalqının_hüquqlarına_güzəştə_getməyəcəyik
 Xarici işlər naziri İran İslam Respublikasının nöqteyi-nəzərindən uranın zənginləşdirilməsi məsələsinin aydın olduğunu vurğulayaraq, ABŞ-la danışıqların gələcəyi ilə bağlı deyib: Sanksiyaların bir an öncə aradan qaldırılması üçün, biz tərəddüd etməyəcəyik və əlimizdən gələni edəcəyik. Amma İran xalqının hüquqlarını itirmək bahasına deyil. Ona görə də biz səbir və sakitliklə danışıqlar aparırıq və xalqın hüquqlarını, o cümlədən uranın zənginləşdirilməsi məsələsində güzəştə getmirik.
(last modified 2026-04-08T07:08:49+00:00 )
May 25, 2025 09:36 Asia/Baku
  • Əraqçi: Biz danışıqlarda İran xalqının hüquqlarına güzəştə getməyəcəyik

 Xarici işlər naziri İran İslam Respublikasının nöqteyi-nəzərindən uranın zənginləşdirilməsi məsələsinin aydın olduğunu vurğulayaraq, ABŞ-la danışıqların gələcəyi ilə bağlı deyib: Sanksiyaların bir an öncə aradan qaldırılması üçün, biz tərəddüd etməyəcəyik və əlimizdən gələni edəcəyik. Amma İran xalqının hüquqlarını itirmək bahasına deyil. Ona görə də biz səbir və sakitliklə danışıqlar aparırıq və xalqın hüquqlarını, o cümlədən uranın zənginləşdirilməsi məsələsində güzəştə getmirik.

Seyid Abbas Əraqçi bu gün parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının nümayəndələri ilə görüşü başa çatdıqdan sonra deyib: "Nümayəndələr ilk növbədə İran xalqının haqlarını müdafiə etmək hüququnu vurğuladılar ki, bu doğrudur. Daha sonra ölkənin problemlərinin həllinin zəruriliyi qeyd olundu. Nümayəndələr də fəal və effektiv xarici siyasət tələb edirlər ki, bu da doğrudur.

 

O, danışıqların iradə döyüşü olduğunu vurğulayaraq dedi: Bu döyüşdə biz bütün İran xalqı, xüsusən də millət vəkilləri tərəfindən ruhlanırıq və bu danışıqların nəticəsi İran xalqının hüquqları təmin olunduğu zaman məlum olacaq.

 

Bəzi KİV-lərin danışıqların bu ilin yayına qədər davam edəcəyi ilə bağlı iddialarına cavab verən XİN rəhbəri deyib: “Bütün bunlar spekulyasiyadır. Biz tələsmirik və təbii ki, gecikmirik; Yəni, sanksiyaların daha tez aradan qaldırıldığı hər saat üçün biz tərəddüd etməyəcəyik və səylərimizi göstərəcəyik, lakin İran xalqının hüquqlarını itirmək bahasına yox. Odur ki, biz səbir və sakitliklə danışıqlar aparacağıq və uranın zənginləşdirilməsi məsələsi də daxil olmaqla, xalqın aydın hüquqlarına güzəştə getməyəcəyik və İran İslam Respublikasının bu məsələdə mövqeyi aydındır.