Ordunun Ali Baş Komandanı sionist rejimin ritorikasına qəti cavab verib
(last modified Mon, 26 May 2025 12:14:48 GMT )
May 26, 2025 16:14 Asia/Baku
  • Ordunun Ali Baş Komandanı sionist rejimin ritorikasına qəti cavab verib

Ordunun baş komandanı İsrail rejimi rəsmilərinin ritorikasına cavab olaraq deyib: Əgər onlar daha bir "Doğru vəd" zərbəsi almağa tələsirlərsə, biz müvafiq zərbəni vurmağa tam hazırıq və əvvəlki tələbimizi də tənqid edəcəyik.

 

 

Bazar ertəsi günü 8 cildlik Müqəddəs Müdafiə Ensiklopediyasının təqdimat mərasimində general-mayor Seyid Əbdülrəhim Musəvi jurnalistlərin qarşısına çıxıb və sionist rejim rəsmilərinin ritorikasına dair sualı cavablandırıb. O, bəyan edib: Sionist rejim İranın əzəmətinə zərər vura bilməyəcək qədər əhəmiyyətsizdir, halbuki İran İslam Respublikasının qüdrəti onu və onun havadarlarını fövqəladə çətinliklərlə qarşı-qarşıya qoya bilər.

General-mayor Musəvi o rejimin xalqının bu çağırışlara tab gətirmək imkanlarının olmadığını başa düşdüklərini bildirərək dedi: “Çünki hazırda orada uşaq qatili və ağılsız cinayətkarlar iqtidardadır, hər hansı bir səhv edə bilərlər. Əgər onlar növbəti "Doğru vəd" zərbəsi almağa tələsirlərsə, biz müvafiq zərbə vurmağa tam hazırıq və əvvəlki tələbimizi də tənqid edəcəyik.