Pezeşkiyan: Tehranla Maskat arasında əlaqələr günü-gündən genişlənir
(last modified Tue, 27 May 2025 13:10:23 GMT )
May 27, 2025 17:10 Asia/Baku
  • Pezeşkiyan: Tehranla Maskat arasında əlaqələr günü-gündən genişlənir

Prezident Tehran və Maskat arasında 2 milyard 300 milyon dollarlıq ticarətə toxunaraq, iki ölkə arasında əlaqələrin inkişafı və dərinləşməsini vurğuladı və dedi: Omana səfərdən məqsəd qonşularla daha yaxşı və daha geniş əlaqələr qurmaqdır və bu əlaqələr gündən-günə genişlənir.

 

Məsud Pezeşkiyan bu gün, 27 may 2025-ci il çərşənbə axşamı, Omanın paytaxtı Maskata yola düşməzdən əvvəl dedi: "Bu səfər Oman sultanı "Heysəm bin Tariq Ali Səidin" rəsmi dəvəti ilə həyata keçiriləcək. Nizamın və İnqilabın Ali Məqamlı Rəhbərinin ümumi siyasətlərinə əsaslanaraq, bu səfərdən məqsəd qonşularla, o cümlədən Omanla daha dərin və yaxşı əlaqələr qurmaqdır və İran İslam Respublikasının bütün siyasi, iqtisadi, mədəni, elmi və sosial sahələrdə əlaqələrini genişləndirmək niyyətindədir".Prezident əlavə edib: Bölgədə sülh və əmin-amanlığın möhkəmləndirilməsi və Qəzzada baş verən cinayətlərlə mübarizə bu səfər zamanı təqib edilə biləcək sahələrdəndir və biz bu mövzuda ortaq dil və baxışa nail olmaq niyyətindəyik. Region ölkələri əl-ələ verib sionist rejimin heç bir insan üçün qəbuledilməz olan cinayətkar davranışlarına beynəlxalq forumlarda öz etirazlarını bildirməlidirlər.O, davam etdi: "Bizim Omanla təxminən 2,3 milyard dollarlıq ticarətimiz var və bu əlaqələr günü-gündən artır. Bu səfər zamanı yollar, gəmiçilik, ticarət və qubernatorlar arasında daha sıx əlaqələrlə bağlı məsələlərin müzakirə ediləcəyi və mübadilə ediləcəyi gözlənilir".