AZAL-ın Tehran və Təbrizə həftəlik uçuşlarının sayı artırılır
https://parstoday.ir/azeri/news/iran-i11344-azal_ın_tehran_və_təbrizə_həftəlik_uçuşlarının_sayı_artırılır
Bu barədə Azərbaycan respublikasının İrandakı səfiri Əli Əlizadənin "X" səhifəsində məlumat verib.
(last modified 2025-06-03T08:55:02+00:00 )
İyun 03, 2025 12:03 Asia/Baku
  • AZAL-ın Tehran və Təbrizə həftəlik uçuşlarının sayı artırılır

Bu barədə Azərbaycan respublikasının İrandakı səfiri Əli Əlizadənin "X" səhifəsində məlumat verib.

 

Səfir yazıb:"Azərbaycan Respublikası Prezidentinin tapşırığına müvafiq olaraq Azərbaycan Hava Yolları (AZAL) 15 iyun 2025-ci il tarixdən Tehrana təyyarə reyslərinin sayını həftədə 4 dəfəyədək artırmaqla( bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri) eyni zamanda Təbriz şəhərinə də həftədə iki dəfə (çərşənbə və bazar günləri) birbaşa uçuşlara başlayır.Aviabiletlər bugündən etibarən AZAL-ın rəsmi saytı, mobil tətbiqi və müvafiq satış məntəqələrindən (kassalardan) alına bilər.

Hər iki ölkənin xalqları üçün xeyirli uğurlu olsun"