İranın Azərbaycandakı yeni səfiri seçildi
https://parstoday.ir/azeri/news/iran-i11360-İranın_azərbaycandakı_yeni_səfiri_seçildi
Hazırda İran Xarici İşlər Nazirliyinin Avrasiya məsələləri üzrə departamentinin baş direktoru olan Müctəba Dəmirçilu İran İslam Respublikasının Bakıdakı yeni səfiri kimi təqdim edilib.
(last modified 2025-06-07T08:37:39+00:00 )
İyun 03, 2025 16:21 Asia/Baku
  • İranın Azərbaycandakı yeni səfiri seçildi

Hazırda İran Xarici İşlər Nazirliyinin Avrasiya məsələləri üzrə departamentinin baş direktoru olan Müctəba Dəmirçilu İran İslam Respublikasının Bakıdakı yeni səfiri kimi təqdim edilib.

 

Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bazar ertəsi jurnalistlərlə keçirdiyi mətbuat konfransında deyib: "Mərkəzi Asiya və Qafqaz ölkələri ilə əlaqələrimiz çox həssas və vacibdir. Azərbaycan Respublikasına gəlincə, səfirin seçilməsi ilə bağlı inzibati proses başa çatıb və sözügedən şəxs müvafiq mərhələlərdən keçmək üçün seçilib və təqdim olunub. O, təcrübəli diplomat və Avrasiya sahəsində tanınmış mütəxəssisdir".