İsrail rejiminin Somalinin suverenliyi və ərazi bütövlüyünü açıq şəkildə pozması pislənilib
https://parstoday.ir/azeri/news/west_asia-i13498-İsrail_rejiminin_somalinin_suverenliyi_və_ərazi_bütövlüyünü_açıq_şəkildə_pozması_pislənilib
Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İsrail rejimi tərəfindən Somali dövlətinin suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulmasını pisləyib.
(last modified 2025-12-28T07:04:46+00:00 )
Dek 27, 2025 16:03 Asia/Baku
  • İsrail rejiminin Somalinin suverenliyi və ərazi bütövlüyünü açıq şəkildə pozması pislənilib

Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İsrail rejimi tərəfindən Somali dövlətinin suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulmasını pisləyib.

 

Bəqayi İran İslam Respublikasının Somali Federal Respublikasının milli suverenliyinin, birliyinin və ərazi bütövlüyünün qorunmasının zəruriliyi ilə bağlı prinsipial mövqeyini vurğulayaraq, İsrail rejiminin bu təxribatçı addımını sözügedən rejimin region ölkələrini qeyri-sabitləşdirməyə yönəlmiş siyasəti çərçivəsində, Qırmızı dəniz və Afrika Buynuzu bölgəsində qeyri-sabitliyin və təhlükəsizliyin pozulmasının gücləndirilməsi istiqamətində atılmış addım kimi dəyərləndirib.

O, İslam Əməkdaşlıq Təşkilatının və Afrika İttifaqının İsrail rejiminin bu hərəkətini pisləyən qəti mövqeyini dəstəklədiklərini bildirib və beynəlxalq ictimaiyyəti işğalçı rejimin genişlənməyə yönəlmiş və təhlükə yaradan bu addımının qarşısının alınması üçün qəti tədbirlər görməyə çağırıb.