Prezidentin dəhlizlərin tamamlanması ilə bağlı mühüm açıqlamaları
https://parstoday.ir/azeri/news/iran-i13500-prezidentin_dəhlizlərin_tamamlanması_ilə_bağlı_mühüm_açıqlamaları
 Prezident ölkənin tranzit dəhlizlərinin strateji əhəmiyyətinə diqqət çəkərək bildirib ki, Astara–Rəşt, Şələmçə–Bəsrə və Zahidan–Çabahar dəhlizlərinin bu ilin sonuna qədər tamamlanması üçün nəzərdə tutulan işlərdə mühüm irəliləyiş əldə olunub və planlaşdırma davam etdirilir.
(last modified 2025-12-29T10:16:21+00:00 )
Dek 27, 2025 15:35 Asia/Baku
  • Prezidentin dəhlizlərin tamamlanması ilə bağlı mühüm açıqlamaları

 Prezident ölkənin tranzit dəhlizlərinin strateji əhəmiyyətinə diqqət çəkərək bildirib ki, Astara–Rəşt, Şələmçə–Bəsrə və Zahidan–Çabahar dəhlizlərinin bu ilin sonuna qədər tamamlanması üçün nəzərdə tutulan işlərdə mühüm irəliləyiş əldə olunub və planlaşdırma davam etdirilir.

 

Prezident Məsud Pezeşkian KHAMENEI.IR-ə verdiyi müsahibədə bildirib:

Dəhlizlərlə bağlı məsələlər çox vacibdir. Bu il Astara–Rəşt, Şələmçə–Bəsrə və böyük ehtimalla Zahidan–Çabahar dəhlizlərini tamamlayacağıq. Əgər heç bir problem yaranmasa, Allahın köməyi ilə bu layihələrin işlərini bu il başa çatdıracağıq.

 

Şələmçə–Bəsrə dəhlizi ilə bağlı əsas işlər artıq görülüb, dayaqlar quraşdırılıb. Bu dəhlizin ən çətin hissəsi həmin marşrutun İranla Bəsrə arasında yerləşən çaydan keçməli olduğu sahə idi; orada dayaqlar suyun altında qoyuldu. Bundan əlavə, mina təmizləmə işləri də həyata keçirildi. Təbii ki, İraq tərəfi də görməli olduğu işləri davam etdirir.

 

Astara–Rəşt dəhlizi isə yarımçıq qalmış layihə idi və biz onu davam etdiririk. Biz işə başlayanda 160 kilometrlik marşrutun təxminən 30 kilometri üzrə torpaq sahələri alınmışdı, lakin indi bu rəqəm təxminən 115 kilometrə çatıb. Hər həftə alınan torpaq sahələrinin sayı artır və söz verilib ki, inşallah ilin sonuna qədər bu layihə tam başa çatdırılacaq.

 

Biz hər həftə bütün marşrut üzrə torpaq sahələrinin alınmasını nəzarət edirik. Maliyyə vəsaiti mövcuddur və həmin kredit əsasında layihə icra olunacaq. Hazırda mütəxəssislər sahədə işləri davam etdirirlər.