İran və Qazaxıstan prezidentləri Qurban bayramı münasibəti ilə biri-birilərini təbrik ediblər
https://parstoday.ir/azeri/news/iran-i11386-İran_və_qazaxıstan_prezidentləri_qurban_bayramı_münasibəti_ilə_biri_birilərini_təbrik_ediblər
Prezident Pezeşkiyan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığındadeyib: " İslam dininin nurani təlimlərinə əsaslanaraq, bütün İslam ölkələrini, xüsusən də Qazaxıstanı öz qardaşımız hesab edir və ümid edirik ki, bu möhtəşəm bayramın bərəkəti ilə xalqlarımız arasında qardaşlıq bağları daha da möhkəmlənəcək." Pezeşkiyan həmçinin Allahdan bütün dünya müsəlmanlarına, xüsusən də İran və Qazaxıstan xalqlarına sağlamlıq, bərəkət, sülh və əmin-amanlıq diləyib.
(last modified 2025-06-07T13:16:37+00:00 )
İyun 07, 2025 12:35 Asia/Baku
  • İran və Qazaxıstan prezidentləri Qurban bayramı münasibəti ilə biri-birilərini təbrik ediblər

Prezident Pezeşkiyan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığındadeyib: " İslam dininin nurani təlimlərinə əsaslanaraq, bütün İslam ölkələrini, xüsusən də Qazaxıstanı öz qardaşımız hesab edir və ümid edirik ki, bu möhtəşəm bayramın bərəkəti ilə xalqlarımız arasında qardaşlıq bağları daha da möhkəmlənəcək." Pezeşkiyan həmçinin Allahdan bütün dünya müsəlmanlarına, xüsusən də İran və Qazaxıstan xalqlarına sağlamlıq, bərəkət, sülh və əmin-amanlıq diləyib.

 

Qazaxıstan Prezidenti də vurğulayıb:" İran İslam Respublikası Qazaxıstan üçün mühüm və qardaş ölkədir və Qazaxıstan rəsmilərindən ibarət yüksək səviyyəli nümayəndə heyətinin yaxın gələcəkdə Tehrana səfərinin planlaşdırılması ölkəmizin İran İslam Respublikası ilə dostluq əlaqələrini möhkəmləndirmək və genişləndirmək əzmi və iradəsinin bariz göstəricisidir."