İran-ABŞ arasında növbəti dolayı danışıqlar bazar günü keçiriləcək
https://parstoday.ir/azeri/news/iran-i11446-İran_abŞ_arasında_növbəti_dolayı_danışıqlar_bazar_günü_keçiriləcək
Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi jurnalistlərin sualına cavab olaraq İran-ABŞ arasında növbəti dolayı danışıqlar raundu barədə deyib: aparılan məsləhətləşmələrə əsasən, bu danışıqların növbəti mərhələsinin gələn bazar günü Masqatda keçirilməsi planlaşdırılır.
(last modified 2025-06-11T10:35:47+00:00 )
İyun 10, 2025 11:45 Asia/Baku
  • İran-ABŞ arasında növbəti dolayı danışıqlar bazar günü keçiriləcək

Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi jurnalistlərin sualına cavab olaraq İran-ABŞ arasında növbəti dolayı danışıqlar raundu barədə deyib: aparılan məsləhətləşmələrə əsasən, bu danışıqların növbəti mərhələsinin gələn bazar günü Masqatda keçirilməsi planlaşdırılır.

 

Bəqayi həmçinin xarici işlər nazirinin Norveçə səfərindən xəbər verdi. Onun sözlərinə görə, Seyyid Abbas Əraqçi bu həftənin çərşənbə və cümə axşamı günləri Osloda keçiriləcək 22-ci Oslo Forumu iclasında iştirak etmək üçün Norveçə səfər edəcək.