Əraqçi Fələstin xalqının sionist rejimə qarşı mübarizəsini tərifləyib
(last modified Tue, 10 Jun 2025 11:17:07 GMT )
İyun 10, 2025 15:17 Asia/Baku
  • Əraqçi Fələstin xalqının sionist rejimə qarşı mübarizəsini tərifləyib

Xarici işlər naziri Fələstin Xalq Cəbhəsinin Baş katibinin müavini ilə görüşündə Fələstin xalqının sionist rejimə qarşı dəyanətini yüksək qiymətləndirib və deyib: İran İslam Respublikası Fələstinə hərtərəfli dəstəyini davam etdirəcək.

 

Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsi baş katibinin müavininin xarici işlər naziri ilə görüşüXalq Cəbhəsinin siyasi büro üzvlərindən ibarət nümayəndə heyətinin başçılığı ilə Tehrana səfər edən Fələstinin Azadlığı Xalq Cəbhəsi baş katibinin müavini Cəmil Məzhər bazar ertəsi axşam xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb.Xarici işlər naziri bu görüşdə Fələstin xalqının sionist rejimin vəhşi cinayətlərinə qarşı müqaviməti və mətanətini yüksək qiymətləndirib və deyib: İran İslam Respublikası Fələstin Xalq Cəbhəsini Fələstin meydanında sionist rejimə qarşı ən qədim müqavimət qruplarından biri kimi tanıyır və onun bu cəbhəyə və onun şəhid baş katibinə və əsir düşmüş baş katibinə böyük hörməti var..Əraqçi İran İslam Respublikasının Fələstinin müqəddəs amalına və paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasına dəstək verməkdə prinsipial və qətiyyətli mövqeyini vurğulayaraq əlavə edib: İran İslam Respublikası xüsusilə siyasi-diplomatik arenalarda, hüquqi və beynəlxalq forumlarda, həmçinin regional və beynəlxalq təşkilatlarda, xüsusilə İslam Əməkdaşlıq Təşkilatında Fələstin xalqına və müqavimətinə hərtərəfli dəstəyini davam etdirəcək.Fələstinin Azadlığı Xalq Cəbhəsinin baş katibinin müavini İmam Xomeyninin (r.ə.), şəhidlər Rəisi, Əmir Əbdullahiyan və Hacı Qasim Süleymaninin, eləcə də müqavimətin şəhid liderləri Seyid Həsən Nəsrullah, Seyid Haşim Səfiyəddin, İsmail Həniyyə və Yəhya Sinvarın xatirəsini ehtiramla yad edib. Bu cəbhənin baş katibi Əhməd Səadət - 20 ildən artıqdır ki, sionist rejimin əsarətində olan və müqavimət göstərən Fələstin xalqı adından İran İslam Respublikası rəhbərliyi, hökuməti və xalqının Fələstin xalqı və müqaviməti uğrunda hərtərəfli dəstəyini yüksək qiymətləndirib.