İpək Yolu boyunca texnoloji əməkdaşlıq üçün İranın 6 təklifi
https://parstoday.ir/azeri/news/iran-i11462-İpək_yolu_boyunca_texnoloji_əməkdaşlıq_üçün_İranın_6_təklifi
 İran İslam Respublikasının Prezidentinin Elmi, Texnoloji və Bilik əsaslı İqtisadiyyat üzrə müavini, “Elmi və Texnoloji Mübadilə sahəsində Kəmər və Yol” adlı ikinci konfransda, İpək Yolu boyunca texnoloji əməkdaşlıq üçün 6 əsas strateji təklif irəli sürüb.
(last modified 2025-06-14T02:05:01+00:00 )
İyun 11, 2025 14:20 Asia/Baku
  • İpək Yolu boyunca texnoloji əməkdaşlıq üçün İranın 6 təklifi

 İran İslam Respublikasının Prezidentinin Elmi, Texnoloji və Bilik əsaslı İqtisadiyyat üzrə müavini, “Elmi və Texnoloji Mübadilə sahəsində Kəmər və Yol” adlı ikinci konfransda, İpək Yolu boyunca texnoloji əməkdaşlıq üçün 6 əsas strateji təklif irəli sürüb.

 

Prezident Aparatının Elmi və Texnoloji məsələlər üzrə nümayəndəsi Hüseyn Afşin, bu təklifləri milli potensial, praktiki təcrübə və regional yanaşma əsasında təqdim edib:İnkişaf etməkdə olan ölkələrin ehtiyaclarına uyğun, ucuz və lokalizasiyaya uyğun texnologiyaların uyğunlaşdırılması üçün BRI TechMatch platformasının yaradılmasıTehran şəhərində Kəmər və Yol təşəbbüsündə iştirak edən ölkələr üçün Regional Gələcək Araşdırmaları və Texnologiya İzləmə Mərkəzinin təsis olunmasıBirgə Referans Laboratoriyaları Şəbəkəsi (BRI LabsNet)nin yaradılmasıBRI yolundakı tərəfdaş ölkələrin gənclərinə yönəlik regional texnoloji bacarıqların tədris proqramının həyata keçirilməsiSüni intellektin nəqliyyat sahəsində tətbiqi üçün beynəlxalq infrastruktur şəbəkəsinin yaradılmasıEtika, məlumat idarəçiliyi və texnologiyanın ədalətli ötürülməsi prinsipləri əsasında BRI-yə qoşulan ölkələrin texnoloji əməkdaşlıq Xartiyasının hazırlanmasıHüseyn Əfşin bildirib ki, dördüncü sənaye inqilabının dalğası ilə "Kəmər və Yol" təşəbbüsünün kəsişdiyi bu məqamda, artıq bu yol yalnız mal daşıma yolu olmamalı, mənaların, bacarıqların, texnologiyanın və etimadın ötürülməsi üçün dəhlizə çevrilməlidir.Hazırda, bu nümayəndə heyətinin başında duran Əfşin, “Bir Kəmər – Bir Yol” təşəbbüsü konfransında iştirak və Çin rəsmiləri ilə görüşlər məqsədilə bu ölkəyə səfər edib.