Trampın iddiası: İranla razılaşmaq istəyirəm, qarşıdurmadan yayınmaq niyyətindəyəm
https://parstoday.ir/azeri/news/iran-i11480-trampın_iddiası_İranla_razılaşmaq_istəyirəm_qarşıdurmadan_yayınmaq_niyyətindəyəm
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp İranla bağlı verdiyi son açıqlamasında bildirib:
(last modified 2025-06-14T01:58:48+00:00 )
İyun 12, 2025 22:55 Asia/Baku
  • Trampın iddiası: İranla razılaşmaq istəyirəm, qarşıdurmadan yayınmaq niyyətindəyəm

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp İranla bağlı verdiyi son açıqlamasında bildirib:

 

"Mən istəyirəm ki, İranla razılaşma əldə olunsun. Qarşıdurmanın qarşısını almağı üstün tuturam."

 

O qeyd edib ki, ABŞ İranla razılaşmaya nisbətən yaxınlaşıb, lakin: "İran danışıqlarda bizə müəyyən güzəştlər etməlidir, hansı ki, hələlik bu güzəştlərə hazır deyil."

 

Tramp administrasiyasının nümayəndələri, ABŞ və İran arasında davam edən dolayı danışıqlara baxmayaraq, bir tərəfdən birbaşa danışıqlara çağırış edir, digər tərəfdən isə ziddiyyətli bəyanatlarla və maksimal təzyiq siyasəti çərçivəsində təhdidlər səsləndirməklə, razılaşmanın əldə olunmamasının mümkün nəticələrinə dair beynəlxalq ictimaiyyətdə narahatlıq yaratmağa çalışırlar.