İsrail terrorçudur” şüarı Londonda ucaldı – etirazçılar İrana hücumu pislədilər
Londonda, İngiltərə parlamentinin qarşısında yüzlərlə müharibə əleyhdarı və insan haqları tərəfdarı etiraz aksiyası keçirib. Onlar İran və Fələstin bayraqları qaldıraraq sionist rejimə qarşı şüarlar səsləndiriblər və Qərbin bu rejimə siyasi və hərbi dəstəyinin dayandırılmasını tələb ediblər.
“Müharibəni dayandırın” hərəkatının rəhbərlərindən və tanınmış müharibə əleyhdarlarından biri olan Lindzi Cermən IRNA-ya deyib:
“Bu günkü etiraz çox vacibdir, çünki İsrail səbəbsiz yerə İrana hücum edib. Bu, açıq müharibə elanıdır. Onlar bir neçə generalı, nüvə alimlərini və mülki yerləri – şəhərləri və nüvə obyektlərini bombalayıblar.”
O, İranın bu hücuma raketlə cavab verdiyini qeyd edərək xəbərdarlıq edib:
“Əgər diqqətli olmasaq, bu toqquşma bütün Yaxın Şərqdə böyük müharibəyə çevrilə bilər. İsrail artıq beş ölkəni bombalayır və bu ölkələrin hər birində daha geniş qarşıdurmalar baş verə bilər.”
Cermən əlavə edib:
“Biz bura yalnız ‘İrana hücuma yox’ deməyə deyil, həm də göstərməyə gəlmişik ki, bu müharibə İngiltərə və ABŞ hökumətlərinin iştirakı olmadan baş verə bilməzdi. Onlar İsrailə tam dəstək verirlər. Biz aylardır Keir Starmerə xəbərdarlıq edirik: soyqırımı dəstəkləməyi dayandır, İsrailə silah göndərmə, Kiprdəki Akrotiri hərbi bazasından Qəzzəyə hücum üçün istifadə edilməsinə imkan vermə. Bunların hamısı bir-biri ilə bağlıdır. İngiltərə və ABŞ İsraili silahlandırdığı müddətcə bu cinayətlər davam edəcək.”