Əraqçi: Dəqiq sübutlarla ABŞ sionist rejimin İrana təcavüzünə görə məsuliyyət daşıyır
İranın xarici işlər naziri xarici ölkələrin Tehrandakı səfirləri ilə görüşdə deyib: "Sionist rejimin İran torpaqlarına qarşı təcavüzü ABŞ-ın dəstəyi olmadan mümkün heç vaxt baş verməzdi.
Əraqçi əlavə edib: "Bizim ABŞ qüvvələrinin və regiondakı bazalarının sionist rejimə necə kömək etdiyini göstərən əsaslı sübutlarımız var. Amma bizim sübutlarımızdan daha önəmlisi ABŞ prezidentinin açıqlamalarıdır. O, dünənki tvitində və müsahibələrində öz dəstəyini açıq şəkildə bildirib və deyib ki, Amerika avadanlıqları olmasaydı, bu mümkün olmazdı”.
O, davamında deyib: "Biz sionist rejimin hücumlarına cavabda bütün diqqətimizi işğal olunmuş ərazilərin daxilindəki hədəflərə yönəltdik. Biz məcbur edilmədikcə müharibənin genişlənməsini istəmirik.
"Dünən İsrail rejimi iqtisadi hədəflərə keçdi, buna görə də biz dünən gecə sionist rejimin iqtisadi hədəflərinə və neftayırma zavodlarına hücum etdik", - deyə İran xarici işlər naziri qeyd edib.