Kirmanşah Qubernatoru Farabi xəstəxanasına hücumdan sonra təcili xidmətlərə göstəriş verib
(last modified Mon, 16 Jun 2025 13:04:36 GMT )
İyun 16, 2025 17:04 Asia/Baku
  • Kirmanşah Qubernatoru Farabi xəstəxanasına hücumdan sonra təcili xidmətlərə göstəriş verib

Sionist rejimin Kirmanşahın Farabi xəstəxanası və ətraf binalara hücumundan sonra Kirmanşahın valisi Mənuçöhr Həbibi hadisədən dərhal sonra bu qeyri-insani və cinayətkar hərəkəti pisləyərək, yubanmadan aidiyyəti rəsmilərə, yardım və tibb qruplarına göstəriş verib və təcili və fasiləsiz yardımın təmin edilməsinin vacibliyini vurğulayıb.

 

Bu gün səhər saat 9 radələrində cinayətkar sionist rejim Farabi xəstəxanası və Tibb Mərkəzi və ətrafdakı binalara raket zərbəsi endirib.Dərhal hadisə yerinə yardım və xilasetmə qrupları göndərilib, araşdırma və xilasetmə əməliyyatları davam etdirilir.