Pezeşkian: İranlı qadın jurnalistin cəsur reaksiyası xalqın müqavimətinin simvolu oldu
https://parstoday.ir/azeri/news/iran-i11574-pezeşkian_İranlı_qadın_jurnalistin_cəsur_reaksiyası_xalqın_müqavimətinin_simvolu_oldu
Prezident, sionist rejimin İran İslam Respublikasının Milli Televiziyasının binasına etdiyi hücumu pisləyərək, bu hərəkəti açıq vəhşiliyin və beynəlxalq qanunların açıq şəkildə pozulmasının bariz nümunəsi adlandırdı. O, böhranlı anlarda iranlı jurnalist xanımın şücaətini və soyuqqanlılığını təqdir edərək, onun bu davranışını, təhdid və zorakılıq qarşısında heç vaxt baş əyməyən bir millətin müqavimət rəmzi kimi qiymətləndirdi.
(last modified 2025-06-18T09:08:14+00:00 )
İyun 17, 2025 19:02 Asia/Baku
  • Pezeşkian: İranlı qadın jurnalistin cəsur reaksiyası xalqın müqavimətinin simvolu oldu

Prezident, sionist rejimin İran İslam Respublikasının Milli Televiziyasının binasına etdiyi hücumu pisləyərək, bu hərəkəti açıq vəhşiliyin və beynəlxalq qanunların açıq şəkildə pozulmasının bariz nümunəsi adlandırdı. O, böhranlı anlarda iranlı jurnalist xanımın şücaətini və soyuqqanlılığını təqdir edərək, onun bu davranışını, təhdid və zorakılıq qarşısında heç vaxt baş əyməyən bir millətin müqavimət rəmzi kimi qiymətləndirdi.

 

Sionist rejimin İran İslam Respublikasının Xəbər şəbəkəsinə canlı yayım zamanı hücum etməsi, bu qeyri-qanuni rejimin sərhədsiz zorakılığı və vəhşiliyinin dünya ictimaiyyəti qarşısında başqa bir bariz təzahürü oldu.

 

Bu insanlıq əleyhinə hərəkətlə yanaşı, cəsur jurnalist xanım – hörmətli Səhər İmami xanımın rəşadətli reaksiyası, İran xalqının qəhrəmanlıq və müqavimət kitabına daha bir qızıl səhifə əlavə etdi.

 

Pezeşkian, bu jurnalistin canlı yayım zamanı göstərdiyi davranışı alqışlayaraq vurğulayıb: bu iranlı igid qadının reaksiyası, qədim sivilizasiyaya malik bir millətin kimliyi və mövcudluğu bilinməyən rejimin səs-küyü qarşısında əyilməzliyinin və möhkəmliyinin simvoludur.

 

Sonda o, ölkənin hərbi və informasiya sahələrində fədakarcasına və ağılla fəaliyyət göstərən müdafiə qüvvələrinə təşəkkürünü bildirməklə yanaşı, böyük İran xalqının həmrəyliyi və dəstəyinə görə minnətdarlığını ifadə etdi.