Putin: Rusiya İranın qanuni nüvə hüquqlarını dəstəkləyir; İsrail münaqişəsinə həll tapmaq mümkündür
https://parstoday.ir/azeri/news/iran-i11622
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya İranın qanuni hüquqları və dinc məqsədli nüvə fəaliyyətlərini dəstəkləyir. O əlavə edib ki, İran ilə İsrail arasında münaqişənin həlli üçün məqbul yollar tapmaq mümkündür.
(last modified 2025-06-22T10:25:40+00:00 )
İyun 21, 2025 10:21 Asia/Baku
  • Putin: Rusiya İranın qanuni nüvə hüquqlarını dəstəkləyir; İsrail münaqişəsinə həll tapmaq mümkündür

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya İranın qanuni hüquqları və dinc məqsədli nüvə fəaliyyətlərini dəstəkləyir. O əlavə edib ki, İran ilə İsrail arasında münaqişənin həlli üçün məqbul yollar tapmaq mümkündür.

 

Cümə günü Sankt-Peterburqda keçirilən 28-ci Beynəlxalq İqtisadi Forumun plenar iclasında çıxış edən Putin deyib: "Dünya çoxqütblü sistemə doğru gedir. Bu şəraitdə regional böhranlar və münaqişələr sürətlə alovlanır və biz bu gün bunun Yaxın Şərqdə təzahürünü görürük."

 

Putin qeyd edib ki, Moskva həm İsrail, həm də İranla əlaqədədir və mövcud münaqişənin həlli üçün təklifləri var.

 

"Hazırda bizim təkliflərimiz nəzərdən keçirilir. İranlı dostlarımızla demək olar ki, hər gün təmasdayıq. Bu təmasların nəticələrini gələcəkdə görəcəyik. Mən çox istərdim ki, bu təkliflər, o cümlədən bizim ideyalarımız həyata keçsin", – deyə o bildirib.

 

"Bu gün İsrail demək olar ki, rusdilli bir dövlətdir, orada keçmiş SSRİ-dən çoxlu sayda insan yaşayır və Moskva bu amili də nəzərə alır. Biz İsrail ilə İran arasında vasitəçilik etməyə çalışmırıq, sadəcə ideyalarımızı təqdim edirik."

 

Rusiya prezidenti həmçinin deyib: "Rusiya İranla dost münasibətlərə malikdir və biz daim öhdəliklərimizə sadiq qalmışıq."

 

Putin əlavə edib: "Biz daim İranın dinc məqsədli nüvə enerjisi sahəsindəki fəaliyyətini dəstəkləmişik. Rusiya İranın qanuni maraqları və nüvə hüquqları ilə bağlı mövqeyini dəyişməyib."

 

O bildirib ki, Rusiya mütəxəssisləri hazırda Buşehr AES-in 2 və 3-cü bloklarının tikintisində iştirak edir və mürəkkəb geosiyasi şəraitə baxmayaraq, bu işlər davam edir.

 

Putin vurğulayıb: "Rusiya sözlə deyil, əməldə İranın dinc nüvə enerjisinə sahib olmaq hüququnu müdafiə edir."

 

"Biz beynəlxalq normalara uyğun olaraq İranda fəaliyyət göstəririk və Buşehrdəki personalımızın təhlükəsizliyinin qorunmasını istəyirik."

 

Putin qeyd edib ki, bundan əvvəl İsrail ilə Buşehrdəki rus mütəxəssislərin təhlükəsizliyinə dair danışıqlar aparıb və bu dəfə də bildirib ki, ABŞ-ın prezident Donald Tramp Rusiyanın bu tələbinin dəstəklənəcəyinə zəmanət verib.

 

Rusiya XİN-in daha əvvəl İsrailin İranın nüvə obyektlərinə hücumlarını dayandırmağa çağırdığını xatırladan Putin deyib: "İranın nüvə obyektlərinin durumu narahatedicidir."

 

"Bu obyektlərə qarşı təhdidlər Rusiyanın sülh yolu ilə həll yolları axtarışında iştirakını zəruri edir."

 

Putin əlavə edib: "Qərbin Tehranın dinc nüvə proqramına qarşı çıxmasının səbəblərinin kökünə işarə edərək deyib: Həm İran, həm də Rusiya üçün təhlükə, əslində, ölkələrin qanuni maraqlarının təmin olunması