İranın BMT-yə məktubu – Tehran, MAQATE rəhbərinin qərəzli mövqeyinə görə şikayət etdi
(last modified Sat, 21 Jun 2025 07:43:01 GMT )
İyun 21, 2025 11:43 Asia/Baku
  • İranın BMT-yə məktubu – Tehran, MAQATE rəhbərinin qərəzli mövqeyinə görə şikayət etdi

İranın BMT-dəki daimi nümayəndəsi və səfiri Əmir Səid İrəvani, MAQATE-nin baş direktoru Rafael Qrossinin İranın dinc nüvə proqramına qarşı qərəzli yanaşmasına etiraz olaraq BMT Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə rəsmi məktub ünvanlayıb.

 

İravani məktubunda bildirib ki, İsrail rejiminin İrana qarşı son hücumundan əvvəl Qrossi tərəfindən səsləndirilmiş bəyanatlar, onun tutduğu vəzifənin tələb etdiyi bitərəfliyə açıq və ciddi ziddiyyət təşkil edir. Bu açıqlamalar, MAQATE-nin nizamnaməsi ilə müəyyən edilmiş hüquqi öhdəliklərə uyğun deyil və obyektivlik prinsiplərini pozur.İran nümayəndəsi xüsusilə 9 iyun 2025-ci il tarixində MAQATE İdarə Heyətinin iclasından sonra Qrossinin mətbuat konfransında verdiyi açıqlamalara diqqət çəkərək bildirib:"İsrailin İranın nəzarət altındakı nüvə obyektlərinə qarşı açıq hədələrinə baxmayaraq, Qrossi yalnız İsrailin "narahatlıqlarını" önə çəkdi və beynəlxalq hüquqa əsaslanan qadağalara – o cümlədən GC(34)/RES/533 və GC(44)/RES/444 nömrəli qətnamələrə – istinad etmədi. Halbuki həmin qətnamələr dinc məqsədli nüvə obyektlərinə qarşı istənilən təhdid və güc tətbiqini qəti şəkildə qadağan edir.İrəvani əlavə edib ki, 16 iyun 2025-ci ildə Qrossi tərəfindən qiraət olunan bəyanatda nə İsrail rejiminin təcavüzkar tərəf kimi tanınmasına, nə də bu qeyri-qanuni hücumların pislənməsinə yer verildi. Bu isə MAQATE-nin öz səlahiyyətləri və beynəlxalq öhdəlikləri qarşısında səhlənkarlığı kimi qiymətləndirilir.İranın BMT-dəki nümayəndəsi vurğulayıb ki, baş direktorun bu cür mövqeyi, nəinki qurumun pərdələnməmiş obyektivliyini sual altına alır, həm də qlobal nüvə silahlarının yayılmaması sisteminin əsaslarını zəiflədir.