BMT-nin xüsusi məruzəçiləri İsrailin İrana hərbi hücumunu sərt şəkildə pislədilər
https://parstoday.ir/azeri/news/iran-i11640-bmt_nin_xüsusi_məruzəçiləri_İsrailin_İrana_hərbi_hücumunu_sərt_şəkildə_pislədilər
Birləşmiş Millətlər Təşkilatının bir qrup xüsusi məruzəçisi yaydıqları birgə bəyanatda sionist rejimin İrana qarşı son hərbi hücumlarını qətiyyətlə pisləyərək bu hərəkəti “beynəlxalq hüququn əsas prinsiplərinin açıq şəkildə pozulması” və “beynəlxalq məcburi qaydalara zidd təcavüzkar bir akt” kimi qiymətləndiriblər.
(last modified 2025-06-22T03:27:02+00:00 )
İyun 21, 2025 14:23 Asia/Baku
  • BMT-nin xüsusi məruzəçiləri İsrailin İrana hərbi hücumunu sərt şəkildə pislədilər

Birləşmiş Millətlər Təşkilatının bir qrup xüsusi məruzəçisi yaydıqları birgə bəyanatda sionist rejimin İrana qarşı son hərbi hücumlarını qətiyyətlə pisləyərək bu hərəkəti “beynəlxalq hüququn əsas prinsiplərinin açıq şəkildə pozulması” və “beynəlxalq məcburi qaydalara zidd təcavüzkar bir akt” kimi qiymətləndiriblər.

 

Bəyanatda BMT Nizamnaməsinin 4-cü maddəsinin ikinci bəndinə istinad edilərək bildirilib ki, mümkün təhdidlərə qarşı qabaqlayıcı müdafiə iddiası ilə belə, dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı güc tətbiq etmək və ya hədələmək qadağandır.Ekspertlər qeyd ediblər ki, İsrailin İranın nüvə obyektlərinə və hərbi komanda mərkəzlərinə hücumları nəticəsində bir sıra mülki alimlər, hərbi komandirlər və dövlət rəsmiləri həyatını itirib. Həmçinin İranın dövlət mediası da hədəf alınıb və bu hücum nəticəsində üç jurnalist öldürülüb. Hesabatlara əsasən, bu bombardmanlar Tehranın yaşayış məhəllələrinə ciddi ziyan vurub.