İranın İsraillə müharibədə qələbəsinin göstəriciləri – Hərbi rəhbərlik balansı Tehranın xeyrinə dəyişdi
https://parstoday.ir/azeri/news/iran-i11644-İranın_İsraillə_müharibədə_qələbəsinin_göstəriciləri_hərbi_rəhbərlik_balansı_tehranın_xeyrinə_dəyişdi
Dünya şöhrətli siyasi analitik İranın sionist rejimlə müharibəsinin birinci və ikinci raundlarında qazandığı qələbənin 6 göstəricisini sadalayaraq, Tehranın müdrik idarəetməsi və Tel-Əvivlə Hayfanın sürətli və dağıdıcı şəkildə vurulmasını güc balansını İranın xeyrinə dəyişən əsas amil kimi qeyd edib.
(last modified 2025-06-22T03:36:21+00:00 )
İyun 21, 2025 14:31 Asia/Baku
  • İranın İsraillə müharibədə qələbəsinin göstəriciləri – Hərbi rəhbərlik balansı Tehranın xeyrinə  dəyişdi

Dünya şöhrətli siyasi analitik İranın sionist rejimlə müharibəsinin birinci və ikinci raundlarında qazandığı qələbənin 6 göstəricisini sadalayaraq, Tehranın müdrik idarəetməsi və Tel-Əvivlə Hayfanın sürətli və dağıdıcı şəkildə vurulmasını güc balansını İranın xeyrinə dəyişən əsas amil kimi qeyd edib.

 

İranın mərhələli şəkildə artan raket hücumları ilə müharibəni idarə etməsi, Tel-Əviv, Hayfa və Beer-Şebanın çoxsaylı və ağır döyüş başlıqlı raketlərlə hədəfə alınması, hərbi müdriklik və strateji dərinliyin bariz nümunəsidir. Bu, düşmənin bütün planlarını puç etmiş və siyasi-hərbi tarazlığı İranın xeyrinə dəyişmişdir.İranın ABŞ-ın rəhbərlik etdiyi Qərb ölkələrinin atəşkəs çağırışlarına “hücumlar rejimin dərinliklərinə qədər davam edəcək və yalnız işğalçı rejimin hücumları tamamilə dayandırıldıqda atəşkəs mümkündür” cavabı, Tehranın güclü mövqedə olduğunu və qəti inamla böyük qələbəyə yaxınlaşdığını göstərir.Netanyahu, İrana qarşı son hücum üçün iyirmi ildir qurduğu planlarında tam uğursuzluğa düçar olub. Rejimin ordusunun hücumları İranın nüvə obyektlərinə zərər vura bilməyib, əksinə İranın ballistik, hipersəs və çoxsaylı döyüş başlıqlı raketləri Tel-Əviv və Hayfanı viran qoyub – bu da qələbənin vizual sübutudur.İran birinci və ikinci mərhələdə müharibədən qalib çıxıb və əgər İsrail dərhal geri çəkilib bu savaşı dayandırmasa, növbəti mərhələlərdə daha böyük qələbələr İranı gözləyir. Əks halda bu, İsrail üçün tam miqyaslı qanlı və dağıdıcı bir müharibəyə çevrilə bilər.